"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

İlqar Sail gənc ifaçılara qiymət vermədi: "Mən hakim deyiləm" - eksklüziv

26-03-2018


Müğənni İlqar Sail MUZ TV Azərbaycan kanalına müsahibəsi zamanı gənc müğənnilərin ifa tərzləri haqqında mövqeyini açıqlayıb.

Muztv.az xəbər verir ki, sənətçi bunu gənc oxuyanların öz seçimi ilə bağlı olduğunu bildirib:

“Mən heç vaxt heç kimə qiymət vermirəm, çünki hakim deyiləm. Kim necə bacarır, elə də ifa edir. Hazırda meyxana ifaçısı Sadıx Mustafayev və müğənni Ceyhun Bakinski ilə maraqlı layihələr etmək istəyirik ”.  

İlqar Sail kitab oxumamasının sirrini də açıqlayıb:

“Mən kitab oxumuram, bunu uşaqlıqdan sevmirəm. Niyə gizlədim ki, tam səmimi etiraf edirəm. Mütaliə etmək yaxşıdır, amma səbrim çatmır. Kinofilmə saatlarla baxa bilərəm, amma kitab oxumaq yox, bu, mənlik deyil”.  

Xatırladaq ki, İ.Sail “şanson” ifaçılardandır.

Bununla bağlı süjetə martın 26-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 

1067 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr