Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Şou-biznes əhli kimləri Novruzun keçəli və kosası elan etdi? - rezonans 

21-03-2018


Yazın başlanğıcında, havaların isindiyi, torpağın canlandığı, təbiətin oyandığı vaxtda xalqımız özünəməxsus xüsusiyyətləri ilə fərqlənən və qədim adət-ənənələrə söykənən Novruz bayramını qeyd edir.

Muztv.az xəbər verir ki, qədim zamanlardan bu günə kimi gələn süfrə açmaq, xonça bəzəmək, yumurta boyamaq, fala baxmaq, qapı pusmaq kimi Novruz adətləri ilə yanaşı, həm də hər il Novruzda qonağımız olan keçəl və kosamız var. Bu dəfə isə onları şou əhlinin arasından seçmək qərarına gəldik.

Ulduzlarımız “Keçəl ilə kosanı seçmək sizə həvalə olunsaydı, şou-biznes fəallarından kimi seçərdiniz” sualına maraqlı cavablar verdilər. Çoxu cəsarət toplayıb həmkarları arasında obrazları seçib. 

Sorğumuza cavab verənlər kimi, sualdan yayınmaq istəyənlər də oldu. Özünü keçəl, kosa elan edənlər də tapıldı.

Qalmaqal dedikdə ağıla gələn şou əhli arasında bu sorğudan sonra nə baş verəcək bilmirik. Küsülülərin barışdığı Novruz bayramında onlara mehribançılıq arzu edirik. Təravətli Bahar bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Novruz bayramınız mübarək!

Beləliklə, şou-əhlinin keçəlinin və kosasının kimliyini bilmək istəyirsinizsə, martın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişinə baxmağı unutmayın!

Günel Əliyeva

535 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr