"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Məşhurların Novruz inanclarından, başlarına gələn əhvalatlardan maraqlı epizodlar

21-03-2018


Azərbaycan xalqının milli bayramı olan Novruzda məşhurlarımız bir sıra maraqlı hadisə ilə qarşılaşıblar.

Muztv.az xəbər verir ki, elimizin “Novruz”adlı gözəl bir adəti var. Hansı yaşda olmağımızdan aslı olmayaraq səbirsizliklə gözlədiyimiz bu bayram gəlişi ilə özünəməxsus bir sıra adət-anənələri də yada salır. İldə bir dəfə Azərbaycan elinin qonağı olan Novruzda yaşadığımız gözəlliklər həyatımızın bir hissəsinə işıq salır. Hər zaman şou-biznesdə öz parlaq addımları ilə imza atmış məşhurlarımız bu bayramı səbirsizliklə gözləyənlər sırasındadır. MUZ TV Azərbaycan kanalı onlar arasında bayram inanclarına inanıb-inanmadıqlarına dair kiçik sorğu aparıb.

Azərbaycanın Əməkdar Mədəniyyət işçisi aşıq Ulduz  Sönməz bayram inanclarına inanan və mütəmadi olaraq yerinə yetirən məşhurlarımızdandır. Lakin Ulduz xanımdan fərqli olaraq, Novruz inanclarına inanmayan ulduzlarımız da var. Onlardan Hacı Nuran Hüseynov, bəstəkar Nazim Məmmədov və aktyor-aparıcı Şəhriyar Əbilovun adlarını çəkə bilərik.

Bu gözəl bayram axşamında inancları həyata keçirən yerli məşhurlarımızın başlarına gələn əhvalatlar da az deyil. Sevdiyiniz müğənnilər Manaf Ağayev, Orxan Babazadə, Elvin Abdullayev, Ceyhun Əliyev və komediya aktyorları Ramil Babayev, Müşviq Şahverdiyevin bayram sərgüzəştləri sizin də könlünüzcə olacaq.

Ulduzlarımız arasında hələ də papaq atanlar var. Özü də xəbərdarlıq edərək bu ənənəni icra edənlər müğənni Nura Suri və aktyor İslam Mehrəliyevdir.

İfaçılar Vasif Məhərrəmli, Əhməd Mustafayev və “Şirin” obrazı ilə sevilən aktyor Nicat Rəhimov həmin gün başlarına gələn qorxunc əhvalatları bu günə kimi unutmadıqlarını deyirlər.

Əziz ulduzlarımız, bu bayramda hər birinizə cansağlığı, sənət yenilikləri arzu edirik. Ümidvarıq, bundan sonrakı illərdə daha heç bir qorxunc hadisə ilə qarşılaşmayacaqsınız. Necə deyərlər, bu Baharda xəta-bəladan uzaq olasınız. Bayramımız mübarək.

Bununla bağlı süjetə martın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva 

536 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr