"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Elnarə Xəlilova yenilik edib meyxana oxuyacaq - müğənni açıqlama verdi

24-03-2018


Müğənni Elnarə Xəlilova MUZ TV Azərbaycan kanalına özəl açıqlamasında yaxın zamanda üç yeni mahnı təqdim edəcəyini söyləyib.

Muztv.az xəbər verir ki, ifaçı onu gündəmdən uzaq düşməkdə günahlandıranlara da cavabı verib:

“Niyə oxumursunuz” deyə sual verirlər. Oxuyuram, hər ay bir mahnı təqdim edirəm. Bilmirəm, bəlkə indiki zövq dəyişib. Mən uyğunlaşa bilmirəm. Yeniliklərim var. Üç yeni mahnı səsləndirəcəyəm. Biri Nadir Əzimovdan gələcək, hazırda aranjiman olunur”.

 Elnarə Xəlilova sevənlərinə duet müjdəsi də verib:

“Meyxanaçı Vüqar Əbdülov ilə duet ifa edəcəyəm. Özüm təklif etdim. Dedim qəşəng səmimi sözlərin olduğu meyxana istəyirəm. Mənim üçün yenilik olacaq. Bir haldakı meyxana dəbdədir. Deməli onu da oxuyacağam”.

"Tac qalmaqalı" ilə gündəmdən düşməyən müğənni ona atmaca atanlara telekanalımız vasitəsilə özünəməxsus tərzdə cavablandırıb:

“Mərhum Xalq Artisti İlhamə Quliyeva sağ olanda mən tac taxırdım. Ulduzu müzakirə etmələri normaldır”.

Bununla bağlı süjetə martın 24-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

653 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr