Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Rəqqasə Renka “Sən tək deyilsən” adlı sosial çarxını təqdim edib – foto+video

16-03-2018


Rəqqasə Renka kimi tanınan Rəna Ağamuradova ötən gün media əhlini və yaxın dostlarını başına toplayaraq  “Sən tək deyilsən” adlı sosial çarxını ictimaiyyətə təqdim edib.

Muztv.az xəbər verir ki, ekran əsəri eşitmə-danışma qüsuru olan uşaqların müdafiəsinə həsr olunub. Sosial çarxın ssnearisi Renkanın özünə məxsusdur. Operatoru isə Etibar Hüseynlidir.

MUZ TV Azərbaycan kanalına müsahibə verən Rəna Ağamuradova bu addımın məqsədindən söz açıb:

“Bu sosial çarxı eşitmə-danışma qüsuru olan uşaqlara həsr olunub. Ekran əsərində rəqsim belə yer almayıb. Makyl Ceksonun mahnısını işarət dilinə tərcümə etmişik. Bu sosial çarxı istəyirik bir neçə məktəbdə də təqdim edək. Bəzi məşhurları da öz ətrafıma toplayacam ."

Belə layihələrlə mütəmadi olaraq məşğul olacağını deyən xanım rəqqasə gələcək işlərində bəzi sənət yoldaşlarını da dəvət edəcəyini deyib:

“Sosial çarx vasitəsilə ismarış göndərdik ki, həmin uşaqlar tək deyil.  Biz hər zaman onların yanındayıq. Əslində belə fikrim var idi ki, klipdə məndən başqa digər sənət yoldaşlarım da yer alsın. Amma çətin oldu, onları bu barədə öyrətmək lazım idi. İnşallah gələn dəfələrdə onu edəcəyəm. Yəni mən bu işlə çox məşğul olmaq istəyirəm”.   

Xatırladaq ki, Renka ekran əsərində açıq geyimlərdən istifadə etməyib.

Bununla bağlı süjetə martın 16-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva


 











611 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr