Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“O sağlığında bir əfsanə idi” – Həsən Turabovun 80 illik yubileyi keçirildi – foto+reportaj

15-03-2018


Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Muztv.az xəbər verir ki, mərasim Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutub.

MUZ TV Azərbaycan kanalına danışan Xalq Artisti Hacı İsmayılov Həsən Turabovla olan xatirələrindən söz açaraq onun elə sağlığında əfsanə olduğunu qeyd edib:

“Təəssüf ki, zaman belə tez keçir. Əgər sağ olsaydı, biz onun 80 illik yubileyini daha gözəl keçirərdik. Belə tədbirin qeyd olunması, sənətkara, sənətə olan diqqət bizim hamımızı sevindirir. Həsən Turabov bizim hamımız üçün əziz insandır. Gözəl aktyor olub. Hər zaman onun gözəl dostlarına qibtə edərdik. “Kefli İsgəndər” , “Hamlet” kimi çətin obrazları oynayıb. Sevinirəm ki, Həsən Turabovla mən də bir neçə filmdə rol almışam.  Onun şeirlərinə qulaq asdıqca, daxili aləminə, səsinin tembrinə heyrətlənirdik.  Həsən Turabov sağ ikən əfsanəyə çevrilmişdi. Nə yaxşı ki, bu əfsanəni yaşadan bizlər varıq. Deməli, bu əfsanə hər zaman yaşayacaq”.

Həsən Turabovun övladı Sevinc Turabov kimi ölməz sənətkarın qızı olmaqdan fəxr duyduğunu vurğulayıb:

“Öncə Prezident İlham Əliyevə atamın 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında verdiyi sərəncama görə ailəm adından dərin təşəkkürümü bildirirəm. Bügünkü tədbiri də təşkil edənlərə minnnətdaram.  Mənə atam haqqında danışmaq çox çətindir. Ölməz sənətkarın qızı olmaq ancaq fəxrdir. Atamla qürur duyuram. Sevinirəm ki, elə bir insanın qızıyam”.
Tədbirdə Həsən Turabovun həyat və yaradıcılığından bəhs edən videogörüntü və “Dərviş Parisi partladır”, “Dantenin yubileyi” filmlərindən fraqmentlər nümayiş olunub.

Xatırladaq ki, mərhum sənətkar “Axırıncı aşırım”, “Dərviş Parisi partladır”, “Qərib cinlər diyarında”, “Tütək səsi”, “Yeddi oğul istərəm” və başqa sevilən filmlərdə rol alıb.

Bununla bağlı süjetə martın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 



















1062 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul