Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Müğənnilər klip çəkilişlərinə üstünlük vermirlər - Elgün Hüseynov dərdini anlatdı

14-03-2018


Müğənni Elgün Hüseynov MUZ TV Azərbaycan kanalına yenilikləri barədə açıqlama verib.

Muztv.az xəbər verir ki, ifaçı yeni təqdim etdiyi “Sevdim” adlı mahnısı barədə danışıb:

“Musiqisi və sözləri Gülnar Sultanovaya, arajimanı isə dostum Rasimə məxsusdur”.

Hazırda klip çəkilişlərinə üstünlük verilmədiyini söyləyən müğənni bunun səbəbini belə izah edib:

"Klip çəkilişləri zəifdir. Müğənnilər buna üstünlük vermirlər. Çünki əvvəllər klip kanalları daha çox idi. Telekanallarda klip saatı var idi. Təlabat var idi. İndi ona xərclənən pul başqa bir mahnının alınmasına verilir. Yavaş-yavaş bərpa olunur, yeni mahnıma da klip çəkiləcək”.

Elgün həmkarlarının yerli rejissorlara müraciət etməməsinin səbəbinə də toxunub:

“Düşünürəm ki, artıq inkişaf etmişik. Bizdə gənc də olsa, istedadlı rejissorlar var. Klipləri də məni qane edir. Eşitdiyimə görə, Gürcüstanda, Ukraynada çəkilən kliplər daha ucuz başa gəldiyi və fərqli məkanlara görə oradakı rejissorlara müraciət edirlər”.

Bununla bağlı süjetə martın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

2182 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul