“Şirin” ləqəbli aktyor yeni seriala çəkildi - video
Səmra Rəhimli açıq-saçıq geyinməy öyrədir
Cennifer Lopez cavanlaşdı - fotosessiya 
Vüqar Muradov subaylığın daşın atır

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Kids Best Model of Azerbaijan 2018”də 88 model məharətini göstərdi - reportaj+foto  

13-03-2018


“Star Kids Group” şirkətinin təşkilatçılığı ilə paytaxt otellərin birində “Kids Best Model of Azerbaijan 2018” yarışması keçirilib.

Muztv.az xəbər verir ki, müsabiqədə 4-14 yaş arasında uşaqlardan seçilmiş 88 model iştirak edib. Onlardan 40-ı qız, 48-i isə oğlan olub.

Tədbirə Azərbaycanın məşhur modelyer-dizaynerləri, müğənniləri təşrif buyurublar.

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevadır. Munsiflər heyətinə Əməkdar İncəsənət Xadimi, modelyer Fəxriyyə Xələfova, modelyer Şəlalə Maqsudova, tanınmış aparıcı Lətafet Ələkbərova, müğənni Yaşar Yusub, “A Studio“nun rəhbəri Aysel İbrahimova daxildir.

Onlar MUZ TV Azərbaycan kanalına açıqlamalarında moda yarışının əhəmiyyətindən, gözəlliyindən söz açıblar.

Aygün Əliyeva: “Həmişə olduğu kimi, bu ildə müsabiqəmiz baş tutur. Uşaqlarda ruh yüksəkliyi və özünə inamı artıra biliriksə, təbii ki, bu, sevindirici haldır."

Fəxriyyə Xələfova: “Bizim bu gün seçdiyimiz balaca modellər gələcəyin tanınmış model ulduzlarına çevriləcəklər."

Şəlalə Maqsudova: “Ümid edirəm ki, bu gün müsabiqədə iştirak edən modeler öz layiqli yerini tutacaqlar."

 Lətafet Ələkbərova: “Bu modellərin arasından qalibi seçmək  çox çətin olacaq. Çünki, uşaqların hamısı gözəldir."
 
Yaşar Yusub: “Çalışacam ki, bu gün çox obyektiv olum, uşaqların qəlbini qətiyyən sındirmaq olmaz."

Aysel İbrahimova: “Uşaqlar bizim gələcəyimizdir və bu ada layiq olan seçiləcək."
 
Tədbirlə bağlı süjetə martın 13-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
 
Həvva Mikayilova











445 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Dekabr








































12 Dekabr