“Şirin” ləqəbli aktyor yeni seriala çəkildi - video
Səmra Rəhimli açıq-saçıq geyinməy öyrədir
Cennifer Lopez cavanlaşdı - fotosessiya 
Vüqar Muradov subaylığın daşın atır

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"İslam Mehrəliyev 50-100 min qonorar alırmı" sualına cavab verdi - aktyor məqamları açıqladı

12-03-2018


Son illərdə ardıcıl yerli filmlərə imza atan aktyor İslam Mehrəliyev MUZ TV Azərbaycan kanalına maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, o, Türkiyədə aparıcılq edəcəyi verilişdən söz açıb:

“Aparıcı kimi dəvət almışam, hələki proqrama danışıqlar gedir. Allahın köməyi ilə yeni sezondan başlamalıyıq. Veriliş “Çarxı fələk” adlanır. Sadəcə onun üstündə Türkiyədə mübahisə düşdü. O verilişi aparmaq istəyən başqa bir türkiyəli tanınan aktyor da var. Hansı ki, əvvəllər o verilişi aparıb. İndi fəaliyyəti dayanıb, tezliklə başlayacağıq”. 

İslam Mehrəliyev rol aldığı filmlərdən aldığı qonorarı açıqlamasa da, “bəzi aktyorların külli miqdarda pul almaları fikrinə” etiraz edib:

“Niyə yalandan danışım ki? 50 min, 100 min qonorar almıram. Elə bir şey yoxdur. Kənardan baxan bilir də, aldığım pula uyğun necə yaşayıram. Vəssalam (gülür). Aldığım məbləği açıqlamayım. Bəlkə başqa film çəkən daha çox pul təklif edəcək. Hələ ki, aldığım məbləğ məni qane edir”.  

Xatırladaq ki, aktyor  Azərbaycan və Türkiyə istehsalı olan “Yanlış anlama” filmində də rol almışdı.

Bununla bağlı süjetə martın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

 

412 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Dekabr








































12 Dekabr