Əməkdar Artist Alanyada fotossessiya etdirdi 
Səmradan açıq-saçıq klip
Stilistin su altında maraqlı fotosessiyası 
Nəsrin Cavadzadə Türkiyədə eşq yaşayır - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

 Əhməd Mustafayev  klipləri əcnəbi ölkədə çəkdirən həmkarlarına irad bildirdi - məxsusi yanaşma

10-03-2018


Müğənni Əhməd Mustafayev MUZ TV Azərbaycan kanalına müsahibəsi zamanı qarşıda olan bəzi sənət planlarından danışıb.

Muztv.az xəbər verir ki, gitara ifaçısı sevənlərinə həsr olunan yeni mahnısını klipi ilə birgə təqdim edəcəyini söyləyib:

“Yeni mahnı var, artıq hazırdır. Sadəcə istəyirəm ki, həmin mahnını kliplə təqdim edim. Hələlik barədə heç bir açıqlama vermək istəmirəm. Sirr qalsın. İndidən məlumat verməyim düzgün deyil. Kliplə bağlı danışıqlar gedir. Çox gözəl mahnıdır. Yeni biri-birini sevənlər üçün yeni nəfəs olacaq”.

Əhməd Mustafayev yerli rejissorlarımızı bəyənməyib xaricə üz tutan həmkarlarına da səslənərək iradını bildirib:

“Gələcəkdə ola bilsin ki, mən də xarici rejissorlara üz tutdum amma indi düşünmürəm. Bizdə yaxşı rejissorlar var, əvvəlki deyil. Əvvəllər mən də öz rejissorlarımızın işini, Azərbaycanda çəkilən klipləri bəyənmirdim. Bizim də rejissorlarımız indi fərqli rənglər, kadrları öyrənirlər. Birinci özümüzə dəyər verməyi öyrənməliyik. Bizimkiləri bəyənməyib gedib bütün klipləri əcnəbi ölkədə çəkdirmək də düzgün deyil. Öz yerli rejissorlarımız da yaxşı çəkirlər”.

Xatırladaq ki, Ə. Mustafayev bir müddət öncə bayağı mahnıların ifaçısı olmaması barədə etiraz etmişdi.

Bununla bağlı süjetə martın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

317 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyul








































19 İyul