Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu
“Novator” filminin təqdimatı olub

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Mahnısı sevilən Elvin Elcan xoş xəbərini ilk olaraq bizə açıqladı - özəl   

10-03-2018


Müğənni Elvin Elcan yeni yaradıcılıq işləri barədə MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, müğənni yeni təqdim etdiyi “Film” mahnısından danışıb:

“Bayramdan öncə yeni mahnımı təqdim etdim. Bəstə üçün klip də çəkildi. Radio dalğalarında da yayımlanır. Sosial şəbəkələrdən müsbət rəylər alıram. Dinləyirlər, mahnı sevilib.  Bundan öncəki mahnımın adı “Yoruldum həyat” idi, fərqli bir mövzu olsun istədim. Belə bir ad seçdik. Mahnının sözləri Zeynəb Ədalətqızına aiddir.  Musiqisi isə mənə məxsusdur. Aranjiman isə Fərid Kərimlinindir”.

Müğənni yayda yeni bir ifa da təqdim edəcəyini dilə gətirib:

“Ritmik ifa səsləndirəcəyəm. Onun da üzərində işlər gedir. Sözləri yenə də Zeynəb Ədalətqızına məxsus olacaq”.

Bununla bağlı süjetə martın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

417 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun