Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mən dəyişə bilmərəm...” - Nura Suri ondan sui-istifadə edənlərə səsləndi - özəl

08-03-2018


Müğənni Nura Suri MUZ TV Azərbaycan kanalına maraqlı açıqlama verib.
 
Muztv.az xəbər verir ki, sosial şəbəkələrdə aktiv olan və bir çox ciddi məsələləri elə internet üzərindən qabardaraq iradını bildirən cazibədar ulduz xeyirxah əməlinə görə ondan istifadə edənlərdən söz açıb:
 
“Məni Nura olaraq qəbul etməlidirlər. Ona görə yox ki, kimsə məndən nəsə gözləyir ki, mən bunu ona edə bilərəm. Əgər mən öz xeyriyyə işimdən istehlakçı kimi istifadə edirəmsə, əlbəttə, o insan da fikirləşəcək ki, Nuradan gedib nə istəsəm o mənə kömək edəcək. İndi mən dost, şəxsiyyət kimi bir kənarda qalıram, əməlimdən daha çox istifadə edirlər. Düşünürəm ki, bunu insan özü özündə yaradır. Bunu rəfiqələrim də deyir ki, sən bizimlə dostluq etmirsən, anamız kimi davranırsan. Kimin problemi varsa, mən onun köməyinə çatmağa hazıram. Kömək etdiyim ailələr var. Hansılara ki, imkan daxilində uzun illərdir yardım edirəm. Amma bunu ictimailəşdirmirəm. Belə hərəkəti sevmirəm. Mən bunu ona görə etmirəm ki, kimsə mənə sağ ol desin. Xarakterimdir. Etməsəm rahatlıq tapmıram. Dəyişə bilmərəm”. 

Xatırladaq ki, Nura Suri bu yaxınlarda “Duman” adlı yeni mahnısını sevənlərinə təqdim etmişdi.
 
Bununla bağlı süjetə martın 8-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

838 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul