Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Səkkiz ilin sevgisi toyla nəticələndi” – Fəlakət subaylığın daşını atdı – foto+reportaj

06-03-2018


Martın 5-də “Bozbash Pictures”dən “Fəlakət” obrazı ilə özünə kifayət qədər tamaşaçı kütləsi toplayan aktyor Elşən Orucovun toyu olub.
 
Muztv.az xəbər verir ki, Elşən illərdir sevib-seçdiyi İlahə adlı xanımla nikah evinə girib.
 
Şəhər restoranlarından birində reallaşan məclisə aktyorun yaxın dostları, həmkarları, şou-biznesin tanınan bir çox simaları qatılıb. Onlar Elşəni özəl günü münasibətilə təbrik edərək xoş sözlərini çatdırıblar:
 
Manaf Ağayev: “Həm Elşəni, həm də Fəlakəti təbrik edirəm. O, mənim yerlimdir. Elşəni uşaq yaşından tanıyıram, əvvəldən istedadlı olub. Gün o gün olsun ki, övladının xoş gününə toplaşaq ”.   
 
Əhməd Mustafayev: “Onu bir çoxları “Fəlakət” obrazı ilə tanıyır. Elşəni təbrik edirəm, Allah xoşbəxt eləsin. Vallah dost-tanış toyu görəndə sevinirəm. Belə günlərdə evdəkilər danlayır ki, mən də evlənim. Sıra çatanda mənim də toyum olacaq”.  
 
Müşviq Şahverdiyev: “Dostumuz Elşəni təbrik edirəm. 2017-2018-ci il aktyorlara düşərli oldu. Ardıcıl toylar oldu. Allah hamını xoşbəxt eləsin. Elşən qardaşıma xoşbəxtçilik arzu edirəm. Məndən öncə Nicat evləndi. Biz artıq evli kişilər sayılırıq (gülür).  Biz evliliyin dadını bilirik. Elşən də sabahdan başlayır bu həyata. Ona uğurlar diləyirəm. Ailə həyatı çox çətin bir şeydir. Gərək hər şey düz olsun, olduğu kimi. Yalanlar, süni söhbətlər bitdi”. 
 
Ceyhun Əliyev: “Elşən qardaşımı təbrik edirəm, xoşbəxt olsun. Sənətində necə hörmət qazanıbsa, ailə həyatında da elə olsun”.   
 
Azər Baxşəliyev: “Elşən hələ ki, gec deyil, aeroporta biletin var, pulları götür qaçaq (gülür).
 
Ramil Babayev: “Elşən təbrik edirəm, xoşbəxt ol, əla toy keçir. Qabları şampunla yuyarsan, problemin olsa, zəng elə hamısını öyrədəcəm (gülür).
 
Xatırladaq ki, Elşən Orucovun nişanı ötən il, qız toyu isə bu il fevralın 22-də baş tutmuşdu. Onun xanımı İlahə də əvvəllər telekanalda çalışıb.
 
Bununla bağlı süjetə martın 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 

































1633 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul