Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Brilliant Dadaşovanın 5 il fasilədən sonra möhtəşəm konsertindən REPORTAJ+FOTO

05-03-2018


Xalq Artisti Brilliant Dadaşovanın Heydər Əliyev Sarayında “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutub.

Muztv.az xəbər verir ki, sevilən mahnıları ilə tamaşaçıların qarşısına çıxan Brilliant Dadaşova mahnı oxuması ilə yanaşı, söhbətləri ilə də  yadda qalıb.

Xalq Artisti konsertdən əvvəl MUZ TV Azərbaycan kanalına geyimləri və repertuarı barədə danışıb:

“Konsert zamanı 2 geyimdən istifadə edəcəyəm. Mən model deyiləm. Sadəcə məni stilist Elnur Həsənov və Afa xanım məcbur edib ki, qəşəng paltarlar geyinim. Xoşlayıram ki, rahat olum və daha çox musiqiyə üstünlük verim. Amma dostlarım istəyirlər ki, mən qəşəng görünüm”.

Gecədə qonaq qismində iştirak edən bəstəkar Nailə Mirməmmədli, müğənnilər Elton Hüseynəliyev, Samir Piriyev müğənninin yaradıcılığı və konsert barədə təəsüratlarını bölüşüblər.

Nailə Mirməmmədli: “Brilliant xanım mənim nəfəsimdir. O, mənim istədiyim kimi musiqilərimi sizə çatdırır. Çox istərdim ki, onunla daha da sıx yaradıcılığımız olsun. Bir vaxtlar var idi ki, biz dayanmadan səsyazma studiyasında mahnı yazdıq”.

Samir Piriyev: “Bu gün musiqi zövqü möhtəşəm olan insanların bayramıdır.İnanıram ki, sözün əsl mənasında musiqi bayramı yaşayacağıq. Nə yaxşı ki, Azərbaycan musiqi səlnaməsində Brilliant xanım kimi bir musiqiçi var”.

Elton Hüseynəliyev: “ Brilliant xanım bizim gözəl sənətkarımızdır. Onu çox istəyirəm.Təbrik edirəm. Çünki konsert proqramı bir sənətkar üçün ən böyük hədiyyədir.Biz də gəlmişik ki, onun sevincinə şərik olaq”.

Bununla bağlı süjetə martın 5-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 









1000 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul