Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Ayağıma 50 santimetr titan yerləşdirilib" - Rəhim Rəhimli dərdini anlatdı - eksklüziv 

07-03-2018


Uzun müddətdir efirdən uzaq düşən müğənni Rəhim Rəhimli MUZ TV Azərbaycan kanalına heç yerdə eşitmədiyiniz açıqlamalar verib.

Muztv.az xəbər verir ki, fərqli tərzli ilə seçilən ifaçı gündəmdən uzaq düşməsinin səbəbindən danışıb:

“Ayağımdan əməlliyyat oldum. Səkkiz aydır, televiziya məkanından, mediyadan uzaq düşdüm. Qəza keçirdim, 5 saat əməliyyat olundum. Ayağıma 50 santimetr titan yerləşdirilib. Bir ildən sonra əməliyyat olunacağam, onu çıxaracaqlar. Daha sonra rahat səhnəyə çıxacağam”.

R.Rəhimli səkkiz aydan sonra gənc ifaçılar ilə yeni mahnı ərsəyə gətirməyin riskli olduğunu, ancaq qazandıqları uğurdan məmnun qaldığını dilə gətirib:

“Uzun müddətdə sonra efirə gəldikdə hər zaman yeni işlə qayıdıram. Nadir Nəğd Pul və Ramil Nabran ilə “Basdalama damarımı” mahnısı ifa etmək böyük risk idi. Ramil rep sahəsində yetərincə sözünü demişdi. Nadir ilk addımlarını atırdı. Riski gözə aldım. Yetərki onları tanısınlar. Mahnı bizə uğur gətirdi”.

Bununla bağlı süjetə martın 7-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

819 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul