Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Sənətkarın səsi qocalmır, ikinci Arif Babayev yoxdur” - görkəmli muğam ifaçısının 80 illik yubileyindən reportaj + foto

21-02-2018


Azərbaycan Milli Konservatoriyasında Xalq Artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 80 illiyinə həsr edilən yubiley gecəsi keçirilib.

Muztv.az xəbər verir ki, fevralın 20-də baş tutan tədbirdə görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında geniş konsert proqramı da təqdim edilib. Gecədə, həmçinin sənətkarın muğam sənətinin inkişafındakı xidmətlərindən danışılıb.

Çıxış edən Xalq Artisti Əlibaba Məmmədov bu dünyada ikinci Arif Babayev dühasının olmadığını deyib:

“Arif Babayev bu incəsənətdə hər şey edib. Operamızın elə bir vaxtı var idi ki, Məcnun tapılmırdı. O zaman Arif müəllimi xahişlə Ağdamdan paxtaxta gətirmişdilər. Arif 30 il operanı çiynində gəzdirdi. Onun 30 ildən çox pedaqoji fəaliyyəti də var. Silsilə konsertlər verib. Bundan artıq  nə etməli idi ki? Arif sənin üçün xalqımız nə etsə də, çox azdır. İkinci bir Arif yoxdur. Sən bizim möhürümüzsən. Biz hamımız səni çox istəyirik”.

MUZ TV Azərbaycan kanalına danışan Xalq Artistləri Mənsum İbrahimov, Möhlət Müslümov, xanəndə Firuz Səxavət görkəmli sənətkarımızı təbrik edərək, onunla bağlı xatirələrini bölüşüb, arzularını dilə gətiriblər:

Mənsum İbrahimov: “Bu gün muğamsevərlərin bayramıdır. Canlı karifeyimiz, öz sağlığında məktəb yaratmış görkəmli muğam ustası Arif Babayevin 80 yaşı tamam olur. Arif Babayevin “Şərəf” ordeni ilə təltif olunması muğam sənətinə verilən qiymətdir. Görkəmli sənətkarımızın yubiley tədbirləri ölkənin bir sıra bölgələrində qeyd olunacaq. Arif Babayev sağlığında insanların qəlbində heykəl qoymuş sənətkardır. O, böyük şəxsiyyətdir. Allah onun canını sağ eləsin. 90, 100 yaşını qeyd edək”.

Möhlət Müslümov: “Bütün təbriklərə qoşuluram. Arif Babayev mənim sənət dostumdur. Onu tanıyanda mənim 21 yaşım var idi. Onunla xarici səfərlərdə çox olmuşuq. Birgə layihələrimiz olub. Arif bir əsrdə olan tək-tək səslərdəndir ki, çətin ki, bir də elə səs gəlsin. O, oxumayanda da sanki muğam oxuyur. İnsan yaşa dola bilər, amma sənətkarın səsi qocalmır. Ona can sağlığı arzu edirəm, 150 il yaşasın”.

Firuz Səxavət: “Arif Babayev muğam sənətinin canlı karifeylərindən, ağsaqqallarından biridir. Hamımız sevinirik. O, mənim müəllimim olub, 10 il olar ki, hətta iş yoldaşıq. Arif Babayevin tələbəsi olaraq deyə bilərəm ki, o ən gözəl sözlərə, təltiflərə layiqdir. Allahdan arzu edirəm ki, bundan sonrakı ömrünü sağlam yaşasın”.

Xatırladaq ki, Xalq Artisti Arif Babayev bir neçə gün öncə “Şərəf” ordeni ilə təltif olunub.

Bununla bağlı süjetə fevralın 21-də saat 19:00-da  MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva





















1070 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul