Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Fəxriyyə Xələfovadan özəl açıqlama: "Mənim yaratdığım geyim şedevr sayılır"

21-02-2018


Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova MUZ TV Azərbaycan kanalına müsahibəsi zamanı gözəl qalmasının sirrlərini açıb.

Muztv.az xəbər verir ki, tanınmış modelyer gözəlliyini əsasən işi ilə əlaqələndirib:

“Hər zaman qidalanmağıma diqqət edirəm. Az miqdarda qida qəbul edirəm. Pedoqoji fəaliyyət ilə də məşğulam. Deyirlər, belə insanlar yaşlanmırlar. Daim gənclərlə ünsiyyətdə olurlar. Çalışmışam onlarla, eyni əhvalda, zahiri görünüşdə olum. Bundan əlavə, yaradıcılığımın qarşılığını gözəl şəkildə almağım mənə çox böyük ruh verir”.

F.Xələfova bu il yaradıcılığında yeniliklərin baş verdiyini söyləyib:

“Mənim “Şərq cazibəsi” kolleksiyasından olan geyimlərim dünya şöhrətli “Ermitaj” muzeyinin daimi kolleksiyasına daxil olub. Mənim yaratdığım geyim artıq şedevr sayılır. Bu məni ruhlandırdı, özümə beş qiyməti verdim. Orada oalnda real həyatdan uzaqlaşdım, daxili gözəllikləri gördüm”.

Bununla bağlı süjetə fevralın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

521 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul