Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Müğənni Ayaz Qasımov xanım həmkarı Səbinə Babayeva ilə münasibətlərinə aydınlıq gətirib - eksklüziv

21-02-2018


Bir müddət əvvəl “Ay can” mahnısı üstündə can deyib, can eşitməyən müğənnilər Ayaz Qasımov və Səbinə Babayeva arasında "soyuq" münasibətlərin davam etdiyi iddia olunur.

Muztv.az xəbər verir ki, “Muz Life”ın əməkdaşı bu məsələnin doğru olub-olmamasını araşdırıb.

Ayaz Qasımov MUZ TV Azərbaycan kamerası qarşısına keçərək xanım həmkarı ilə barışığa imza atıb-atmayacağından danışıb:

“Səbinə Babayeva ilə münasibətim həmişə olduğu kimi normaldır. O, xanıma çox hörmətim var. Bizim aramızda soyuqluq yaratmaq istədilər, alınmadı.”

Səbinə ilə mahnı qalmaqalı yaşayan Ayaz bir müddət əvvəl “Düşünürəm ki, mahnı bizim aranjimanda daha yaxşıdır, muğam da var” desə də, hazırda “Ay can” mahnısının onun üçün o qədər də əhəmiyyətli olmadığını bildirib:

“İfa etdiyim “Ay can” mahnısı yüz mahnıdan biridir.Mənim üçün elə də böyük əhəmiyyəti yoxdur. Elə mahnı var ki, hamı oxuyur onu. Röya və Runar Rəhmanoğlu “Həsrət nəğməsi” oxudu, mən də oxudum.”

A.Qasımov mahnıya görə, mübahisə etməyə ehtiyac olmadığını vurğulayıb:

“O xəbərdə şişirdiləsi bir şey görmədim. Plagiyat deyil. Gürcü mahnısıdır. Sadəcə olaraq ilk müraciət edən mən olmuşam. Daha sonra Manana xanım, ardınca Səbinə xanım...”

Bununla bağlı süjetə fevralın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 

1139 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul