Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Həkim burnumu kəsdirməyə qoymadı" -  Zemfira İbrahimova söz-söhbətlərə aydınlıq gətirdi

20-02-2018


Müğənni Zemfira İbrahimova MUZ TV Azərbaycan kanalına xarici görünüşü ilə bağlı özəl müsahibə verib.

Muztv.az xəbər verir ki, muğam ifaçısı yeni imicindən söz açıb:

“Əslində, qısa saçları daha çox sevirəm. Amma arada uzun saçlara da üstünlük verirəm. İstədim ki, rəngində bir az dəyişiklik edim ki, gözü yormasın”.

Sənətçi estetik əməliyyatlardan da danışaraq özünün buna ehtiyacı olmadığını, amma bu cür gözəlləşən sənət yoldaşlarına qarşı olmadığını etiraf edib:

“Estetik əməliyyatlara ehtiyac varsa, əgər gözəlliyinizə bir az da rəng qatmaq istəyirsinizsə, etmək olar. Elə insanlar var ki, gərəksiz yerə əməliyyat etdirirlər. Mən burnumu kəsdirmək üçün həkimə getmişdim. Mənə dedi ki, səndə ehtiyac yoxdur. Mən də çıxdım gəldim. Çoxu elə bilir ki, burnum əməliyyat olunub, amma elə deyil”.

Xatırladaq ki, Z.İbrahimova bir neçə gün əvvəl türk dünyasının musiqi imperatoru İbrahim Tatlısəslə görüşü ilə diqqət mərkəzində olmuşdu.

Bununla bağlı süjetə fevralın 20-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 

 

718 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul