Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Azərbaycanı yenidən “Eurovision”da təmsil etmək istərdim”- Samir Cavadzadə dəvət gözləyir

17-02-2018


Azərbaycanın ilk “Eurovision” təmsilçisi Samir Cavadzadə MUZ TV Azərbaycan kanalına  sənəti ilə bağlı özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, sənətçi yeni “Şəhər darıxır bizsiz” mahnısının onun səhnəyə qayıdışı üçün  böyük bir “tramplin” olduğunu qeyd edib:

“Şəhər darıxır bizsiz” adlı yeni mahnım artıq 1 ay olar ki, dinlənilir, sevilir. Hətta çəkilişə gələn zaman sənət yoldaşım Ramal İsrafilov da yanımda idi. Xahiş etdi ki, elə avtomobilimdə həmin mahnını dəfələrlə dinləsin. Ola bilər ki, bu mahnıya bir klip də çəkdirim. Mahnıda qeyri-adilik var. Çoxları zəng vurub deyir ki, Samir sənin səhnəyə qayıdışın üçün uğurlu bir seçim idi”.

Özünəməxsus tərzi və səs rəngi olan Samir ölkəmizin builki “Eurovision” təmsilçisi Aysel Məmmədovaya uğurlar arzulayaraq, ona məsləhətlərini də çatdırıb:

“Ayseli dinləmişəm, bəyənirəm. Amma hər kəs mahnını gözləyir. Fevral ayıdır, hər kəs həyəcanlıdır ki, görəsən mahnımız necə olacaq? Ayselə böyük uğurlar arzulayıram. Demək istəyirəm ki, güclü ol, böyük bir yarışma, müsabiqədir. Orda gərək heç nəyə fikir verməyəsən. Əsəblərini cilovlayaraq yalnız özünə, mahnıya, şouya fikir verəsən”.
 
S.Cavadzadənin bu açıqlaması yəqin ki, çoxlarının ürəyincə olmayacaq. Azərbaycanın ilk “Eurovision” təmsilçisi ona yenidən həmin müsabiqədə təmsil etmə şansı veriləcəyi təqdirdə “hə” deyəcəyini söyləyib:


“İnana bilmirəm ki, 10 il keçib. Bilirsiniz hər şey, mahnı və şoudan aslıdır. Əgər bu istədiyim kimi olacaqsa, təbii ki təmsil edərəm. Niyə də yox? Dəvət gəlsə, mütləq gedəcəm. Yenə də Vətənimin və mənim adım var”.

Xatırladaq ki, Samir Cavadzadə son günlər ən yaxın dostları Əməkdar Artist Röya Ayxan və Nura Suri ilə küsülülük münasibətləri yaşayır.

Bununla bağlı süjetə fevralın 17-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva 

872 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul