Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“İbrahim Tatlısəslə görüşüm fərqli fikirlər yaradıb…” – Zemfira İbrahimovanın böyük arzusu

16-02-2018


Müğənni Zemfira İbrahimova MUZ TV Azərbaycan kanalına qarşıda olan sənət planlarından danışıb.

Muztv.az xəbər verir ki, sənətçi tezliklə Türkiyədə yeni klipə imza atacaqlarını deyib:

“Türkiyədə bir mahnımızın klipi çəkilir. Allah qoysa, fevral ayının 15-dən sonra çəkilişlər üçün Türkiyəyə gedəcəyik. Daha həm Türkiyə, həm də Gəncə şəhərində böyük bir konsert də planlaşdırırıq. Yeni mahnılar üzərində çalışırıq”.

Sənətçi Gəncə şəhərində açıq havada konsert verəcəklərini də açıqlayıb:

“Gəncə şəhərində baş tutacaq konsertimiz bu ilin aprel-may aylarına təsadüf edə bilər. İstəyirik həmin günü açıq havada təşkil edək”.

Muğam ifaçısı bir neçə gün öncə türk dünyasınını imperatoru İbrahim Tatlısəslə olan səmimi görüşlərindən və bu hadisənin ajiotaja səbəb olmasından da söz açıb:

“Məni tanıyanlar bilir ki, İbrahim Tatlısəslə görüşüm öz istəyim idi. Bəzi yazıları oxudum ki, insanlarda fərqli fikirlər yaranıb. Sadəcə onu görmək arzum idi və onu reallaşdırdım. Bilirdim ki, İbrahim bəy həmin restoranda daim yemək yeyir. Mən də saatını müəyyənləşdirdim, görüşümüz baş tutdu. Qismət Allahdan idi. Amma bunun qlobal hadisəyə çevriləcəyini heç bilmirdim”.

Xatırladaq ki, Zemfira İbrahimova idmançı Anar Heydərov ilə ailəlidir.

Bununla bağlı süjetə fevralın 16-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

 
 
 

678 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti