Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Natiq Şirinov: “Bizim ifamız dünyada nağara sənətini sevdirir” - özəl 

15-02-2018


Əməkdar Artist Natiq Şirinov MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, nağara ifaçısı sənətindəki yeniliklər barədə danışıb:

“Mən hər zaman yenilik dedikdə, deyirəm ki, ritm varsa həyat var. Ritm və yeniliklər sonsuzdur. Ritmi dərk edən insan görür. Təbii ki, dərk etməyən heçnə görmür. Sonuncu yeniliyimiz o olub ki, 2 metrlik nağara hazırlatmışam. Dünyanın ən böyük nağarasını düzəltdirdim. On iki yeni alət ixtira etmişəm. Onların hər biri istifadə olunur. Bəziləri deyir mən flan şeyi etmişəm, amma ortalıqda heçnə yoxdur. Bizim elədiklərimiz, ifamız dünyada nağara sənətini sevdirir”.

Əməkdar Artist İsveçrədə verdiyi konsertdən də söhbət açıb:

“Gözəl böyük bir tədbir oldu. Üç gün 4 seans konsert vermişik. Çox soyuq idi, əllərimiz partlayırdı, amma sevə-sevə işləyirdik. Möhtəşəm konsert oldu”.

Bununla bağlı süjetə fevralın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

629 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul