“Eurovision-2018” üçün mahnımız İngiltərədə hazırlanır
Elvinin gənc xanıma sarılan klipi - video
Xatun Əliyeva "Mənim Soyadımda" oxudu – video
"Fəlakət"in toy tarixi dəqiqləşdi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Yalan danışmağa ehtiyac yoxdur" - Çingiz Mustafayev klipinin qiymətini açıqladı - özəl

10-02-2018


Gitara ifaçısı, gənc müğənni Çingiz Mustafayev yeni klipi “Sən”in təqdimat mərasimini keçirib.

Muztv.az xəbər verir ki, müğənni eyni zamanda pərəstişkarları ilə də görüşüb. O, sevənlərinin suallarını cavablandıraraq, onlarla səmimi söhbət edib.

Çingiz söz və musiqisi özünə məxsus olan yeni mahnısı barədə MUZ TV Azərbaycan kanalına müsahibə verib:

“Rejissor Nicat Zeynallıdır. Uzun müddətdir onunla çalışırıq, bütün kliplərimi ona həvalə edirəm. Kliplər çox tez ərsəyə gəlir, çünki artıq bir-birimizi tanıyırıq. Görüntüyə baxan insan bahalı klipdir deyə bilər, amma heç vaxt məbləğlər çox olmur. Yalandan deyə bilərəm ki, büdcə 20 min manatdır. İnsanlar buna inanacaqlar, ancaq yalan danışmağa ehtiyac yoxdur. Yaxşı keyfiyyət almaq üçün bahalı avadanlıq lazım deyil”.

Bununla bağlı süjetə fevralın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Fevral




17 Fevral