"Çox sevinirəm"- Könül Kərimova da təşəkkür etdi
Nadir Qafarzadə Röyaya tərif yağdırdı
Keçmiş model məsləhət verdi: “Yaşlanmayın...”
Sabah bayram havası olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Səhnəmizin “Məcnun”u - Mənsum İbrahimov: "Özümü çox xoşbəxt hiss edirəm" - foto

10-02-2018


Xalq Artisti, tanınmış xanəndə Mənsum İbrahimov MUZ TV Azərbaycan kanalına özəl müsahibə verib.

Muztv.az xəbər verir ki, səhnəmizin “Məcnun”u “Leyli və Məcnun” operasının 110 yaşının bu yaxınlarda qeyd olunması və özünü bundan məmnun hiss etdiyini qeyd edib:

“Bu il bu əsərin yaranmasından 110 il keçir. Şərqin ilk operasıdır. Dahi Üzeyir bəyin, Məhəmməd Füzulinin yaratdığı bir əsər bugünə kimi dünyanın bir sıra ölkələrində nümayiş olunub. Bu əsər ilə çoxsaylı Leylilər, Məcnunlar tanınıb. Mənim də bəxtimə düşüb ki, uzun illərdir bu əsər ilə tanınmışam. Hər zaman istər Bakı, istərsə də bölgələrimizdə bu əsəri sevə-sevə ifa edirik. Hesab edirəm ki, nə qədər bəşəriyyət var, bizim xalqımız var, “Leyli və Məcnun” həmişə yaşayacaq. Bu əsərin möhtəşəmliyi elə onun muğam üzərində olmasıdır. Dünyada analoqu olmayan operadır. Allah Üzeyir bəyin ruhunu şad etsin”.

Xalq Artisti Gəncə şəhərində yeni açılışı olacaq Dövlət Filarmoniyasında tamaşanın nümayişi üçün səfərə hazırlaşdıqlarını da söyləyib:

“Leyli və Məcnun”un 110 illiyi münasibətilə Gəncədə böyük səhnə təqdim olunacaq. Eyni zamanda orada möhtəşəm Filarmoniya binasının da açılışı olacaq. Hesab edirəm ki, Gəncə əhalisi üçün gözəl sürpriz olacaq. Özümü çox xoşbəxt hiss edirəm ki, səhnəyə öz tələbələrimlə çıxacam”.

O, son məşq proseslərinin getdiyini vurğulayıb:

“Ciddi hazırlaşırıq. Son məşqlər gedir. Bir gün öncədən ora gedəcəyik”.

Xatırladaq ki, tamaşa Gəncə şəhərində fevralın 11-də saat 19:00-da oynanılacaq.

Bununla bağlı süjetə fevralın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva









147 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May






















26 May