"Çox sevinirəm"- Könül Kərimova da təşəkkür etdi
Nadir Qafarzadə Röyaya tərif yağdırdı
Keçmiş model məsləhət verdi: “Yaşlanmayın...”
Sabah bayram havası olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Yaşayan Əfsanə" - Qara Qarayevin 100 illik yubiley konsertindən reportaj+foto

10-02-2018


Azərbaycan Bəstəkarlar İttifaqında dahi Bəstəkar Qara Qarayevin  anadan olmasının 100 illiyinə həsr olunmuş konsert  keçirilib.

Muztv.az xəbər verir ki, proqramda Qara Qarayevin violin və piano üçün Sonatası, 2 romans: “Mən sizi sevirdim“ və “Gürcüstan təpələrində", piano üçün 2 prelüd : F-dur, f- moll və “Sarskoye selo heykəli“ əsərləri ifa olunub.

Tədbirlə bağlı Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, bəstəkarlar Gövhər Həsənzadə, Vüqar Camalzadə və Ceyhun Allahverdiyev  MUZTV Azərbaycan kanalına konsertlə bağlı təəssuratlarını bölüşüblər.

Firəngiz Əlizadə : “Qara Qarayev şəxsiyyəti və onun musiqisi Azərbaycanın qürür mənbəyidir".

Vüqar Camalzadə : “ Qara Qarayev elə bir dühadır ki, onun haqqında bizim danışmağımız azdır. Üzeyir Hacıbəylidən sonra Qara Qarayev böyük məktəb qoyub getdi."

Ceyhun Allahverdiyev : “Onun tələbələri bu gün Qara Qarayev məktəbini layiqincə davam edirlər."

Gövhər Həsənzadə : “ Hamını bu gün münasibəti ilə təbrik edirəm. Şərəfli bir xalqın nümayəndələriyik ki, bizim Qara Qarayev kimi bəstəkarımız var."


Bununla bağlı süjetə fevralın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Həvva Mikayılova
 















155 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May






















26 May