Əməkdar Artist əməliyyat olunub
Xalq Artisti konsert verəcək
Sevdanın bu fotosu tənqid olundu
Şənbə günü hava isti olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Müğənnilər qazandıqları ən böyük məvacibi açıqladılar - sorğu

08-02-2018


MUZ TV Azərbaycan kanalı xarici görünüşlərinə, istirahətlərinə ətək-ətək pul xərcləyən bəzi şou-biznes nümayəndələri arasında sorğu keçirib.

Muztv.az xəbər verir ki, şou əhli arasında apardığımız sorğuda “İndiyədək qazandığınız ən böyük məvacib nə qədər olub” sualı qoyulub. Sualı cavablandırmaqdan yayınanlar olsa da, qazanclarını etiraf edənlər, gizlətməyənlər də olub.

Müğənnilərin cavablarını təqdim edirik:

Səidə Sultan: “Desəm, ayıb olar. Amma camaat 10 min manat qazanır. Ən çox qazancım 5 min manat olub”.

Elnar Xəlilov: “Gəldiyi kimi də gedib. Fəhlə baba həyatı yaşayıram. Sağ əlimin verdiyini sol əl bilməyib. Ona görə evə gəlmişəm, cibim yenə boş olub. Nə qədər qazandığımı hesablamamışam”.

Rühəngiz Allahverdiyeva: “Pul olsun ki, deyək. Pul yoxdu”.

Nazim Pişiyari və Elvin Abdullayev sorğumuzun sualından yayınan müğənnilərdən oldular.

Bununla bağlı süjetə fevralın 8-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

139 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyun


































21 İyun