Əməkdar Artist əməliyyat olunub
Xalq Artisti konsert verəcək
Sevdanın bu fotosu tənqid olundu
Şənbə günü hava isti olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Tanınmış müğənnilər ac qalmırlar”- Elvin Abdullayev qazancdan danışdı

06-02-2018


Müğənni Elvin Abdullayev MUZ TV Azərbaycan kanalına müsahibəsi zamanı maraqlı nüanslara toxunub.

Muztv.az xəbər verir ki, ifaçı həmkarı Xəyyam Nisanovun “Azərbaycan şou-biznesində kasıb müğənni yoxdur” sözləri ilə razılaşdığını dilə gətirib:

“Bizdə müğənnilər 3 təbəqəyə - aşağı, orta, yuxarı - bölünür.  Ancaq hər kəs öz qazancını əldə edə bilir, ac qalmır. Son zamanlar dəb halına düşüb, kim çörək pulu qazanmırsa, ya fotoqraf olur, ya da səsim var deyib oxumağa başlayır. Nissanov düz vurğulayıb, heç kim ac qalmır. Tanınmış müğənnilər, ümumiyyətlə, ac qalmırlar”.

“Çalışmışam ki, toyda olan danışıqlar, musiqilər efirdə səslənməsin” deyən müğənni onun üçün peşəkarlığın önəm daşıdığını deyib:

“Toy mərasimlər ilə efir çox fərqlidir. Orada səsləndiyim nitqi efirdə danışa bilmərəm. Təəssüf ki, “bayağı” musiqiçilər bunu edirlər. Xarici müğənnilər deyəndə konsert ağıla gəlir. Ancaq demək olmaz ki, onlar toylarda iştirak etmirlər. Onların özləri də imkanlı şəxslərin məclislərində iştirak edirlər. Sadəcə onlarda konsert və albom gündəmdir. Bizdə isə yox dərəcəsindədir”.

Bununla bağlı süjetə fevralın 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

109 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyun


































21 İyun