Emin övladları ilə istirahətdə - foto
Müğənninin açıq sinəsi tənqid olundu
Tanınmış müğənnilər “Nəfəs”ə qatılacaqlar
Zöhrə Abdullayevanin oğlu dünyasını dəyişib

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Tənbəl müğənnilərə məsləhət: "İşləmək lazımdır" - Roza Zərgərli 

05-02-2018


Müğənni Roza Zərgərli MUZ TV Azərbaycan kanalına müsahibəsi zamanı maraqlı nüanslara toxunub.

Muztv.az xəbər verir ki, müğənni xaricdə ulduzların konsertdən qazanc əldə etdiyini, ancaq bizdə o sistemin olmadığını söyləyib. İfaçı xarici şou-biznesin nümayəndələrinin də toylar vasitəsilə pul qazandığını açıqlayıb:

“Xaricdə də ulduzlar toylarda iştirak edirlər. Klublara gedirlər,o da eynilə toy kimidir. Özəl ziyafətlərdə onlar da olurlar. Sadəcə təbəqələr var. Bəziləri toy məclisində 6 milyon manata iştirak edir, bəziləri isə 6 min manata zorla gedir”.

Roza Zərgərli həmkarı Samir Cavadzadənin “Mən əvvəldən bilsəydim ki, toy sisteminə gəlib düşəcəm, bu sənətə heç vaxt gəlməzdim” sözlərinə də münasibət bildirib:

“Samirin sənəti elədir ki, istəsə toy bazarından yox, elə konsertdən qazana bilər. Samir tənbəldir. İnsan var ki, onun gücü yoxdur, səhnəni ələ ala bilmədiyi üçün konsert verə bilmir. Ancaq toy məclislərində özünü göstərməyə qadirdir. Studiya, efir və konsert ifaçıları var. O adamın bəxti gətirir ki, üçü də onda cəmləşib. Samir konsert fəaliyyətindən yaxşı pullar qazana bilər. Gündəm qala bilər, çünki səhnə də, məktəb də görüb. Ziyalı gəncdir. Miri Yusif də var, repdən solo ifaçılığa gəldi. Toya da gedir, konsert də verir. Sadəcə işləmək lazımdır”.

Bununla bağlı süjetə fevralın 5-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

115 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 May
















































23 May