Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Səidə Sultanın videosu qalmaqal yaratdı
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Gəlnimin atasını tanımıram, oğlum sevdi, elçi getdim”- Əlikram Bayramovdan özəl etiraf

05-02-2018


Müğənni Əlikram Bayramov MUZ TV Azərbaycan kanalına bəzi müğənnilərə ismarış olaraq özə açıqlama verib.

Muztv.az xəbər verir ki, sənətçi valideynlərdən övladlarını sevdiyi şəxsdən ayırmamağa səsləyib:

“Sevən-sevəni tapacaq. Allahın yazdığı qisməti kimsə poza bilməz. Üstəlik, Allah sevən bəndəni bir kimsə yıxa bilməz. Əsas odur ki, gənclər xoşbəxt olsunlar. “Bizim ailə ilə uyğun gəlmir” söhbəti bizlərdə ola bilməz”.    

Əlikram Bayramovun bu fikirləri bəzi həmkarlarının ürəyinə od qoyacaq. Bəzi sənət dostlarına iradını bildirən müğənni oğlunun xoşbəxt ailə tablosundan da söz açıb:

“Əgər elə düşünən sənət dostlarım varsa, yalnış fikirdədirlər. Çünki oğlu həmin qızı sevirsə, axır-əvvəl o qapıya gedəcək. Oğlu da sona kimi mübarizə aparıb o xanımı alacaq. Şəxsən mənim oğlum öz xanımını Naftalandan sevib-alıb. Bir il sevgili olublar, onların işinə qarışmadım. Nə qohumumdu, nə də tanışım. Gəlinim atası ilə heç tanışlığım belə olmayıb. Balalarımız biri-birini sevdi, elçi getdim, evləndirdim. Çevrəmdə olan bütün doğmalarıma deyirəm ki, sevdiyinizlə evlənin, sevdiyinizə ərə gedin. Xoşbəxtlik yalnız sevgidədir. Başqa cür mümkün deyil”. 

Xatırladaq ki, bu yaxınlarda müğənni Elçin Hüseynov “oğlanlarıma müğənni qız almaram”demişdi. Yəni, övladlarının seçiminə qarışacağını bildirmişdi. Onun bu sözləri müğənni Nura Surinin xoşuna gəlməmişdi. Bir zamanlar isə xanəndə Elnarə Abdullayeva da bu kimi fikirlərinə görə həmkarı Xatirə İslam ilə qalmaqal yaşamışdı.

Bununla bağlı süjetə fevralın 5-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva 

242 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21












20