Elnarə Xəlilova ərinin "eybini" açdı
Nura Suri vegetarian oldu 
"Natavandan küsən mən olmuşam" - Səidə Sultan
Tolik Roza Zərgərlini tənqid etdi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Fərda Amin pərəstişkarlarına şad xəbər verdi: “Yeni filmin qala gecəsi olacaq" 

03-02-2018


Gülüş ustası Fərda Amindən (Xudaverdiyev) pərəstişkarlarına şad xəbər var.

Muztv.az xəbər verir ki, aktyor həmkarı Müşfiq Şahverdiyevlə birlikdə rol aldığı “Niyə? 2” filminin tezliklə qala gecəsi keçiriləcəyini deyib.

“Qarşıda “Niyə? 2” filmi olacaq. İkigünlük çəkilişim qalıb, onu da çəkib, montaj işlərinə başlayacayıq. Bu ilin martında təqdim edəcəyik”

Fərda Türkiyə istehsalı olan “Yalnış anlama” filminin növbəti hissəsində yenidən rol alacağını bildirib. Türk və azərbaycanlı aktyorlarla birlikdə kamera qarşısına keçəçəyini deyən F.Xudaverdiyev bu dəfə filmin adında dəyişiklik olunacağını vurğulayıb.

“Yalnış anlama 2” adı altında “Geri dönməm lazım” filmi çəkiləcək. Çəkilişlər martın əvvəllərində Kiprdə başlayacaq. Bu dəfə bizə daha üstünlük veriləcək. Türkiyədə olan aktyorların dəyişilmə ehtimalı çoxdur. Daha məşhurları qatılacaq”.

Xatırladaq ki, “Yanlış anlama”  filmində aktrisa aktrisa Pərvin Abıyeva, aktyor İslam Mehrəliyev, türkiyəli aktyorlardan isə Pelin Sönmez, Hakan Bilgin və Bahadır Efe rol alıblar.

Bununla bağlı süjetə fevralın 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Sevda Məmmədova
 

264 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Dekabr














































11 Dekabr