Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Avropa stilində burnum var, nə üçün kəsdirim...” - Mədinə Məlikdən iddialı açıqlama

03-02-2018


Prodüser Mədinə Məlik MUZ TV Azərbaycan kanalına xarici görünüşü ilə bağlı iddialı açıqlama verib.

Muztv.az xəbər verir ki, Mədinə plastik əməliyyatlardan danışaraq, buna ehtiyacının olmadığını deyib:

“Düşünürəm ki, indi plastik əməliyyata ehtiyacım yoxdur. Amma tamaşaçılar deyirlər ki, burnumu kəsdirim. Mən də cavab olaraq deyirəm ki, nəyə lazımdır ki, o əməliyyat? Avropa stilində burnum var da. Hamıya bənzəyə bilmərəm axı”. 

Cazibədar ifaçı kompleksiz olduğunu da etiraf edib:

“Mən ümumiyyətlə kompleksiz insanam. Hamı bilir ki, avanqard geyimləri sevirəm. Bir də görürsən dostlarım deyir ki, Mədinə sənə kənardan belə baxırdılar. Onlara deyirəm aa, nə yaxşı? Deməli, hər şey qaydasındadır. Ona görə əgər kiminsə gözündə burnum bir balaca iridirsə, nə xoş mənə”.

Mədinə arxasınca danışanlara bir kəlmə ilə cavab verib:

“Əgər arxamca danışırlarsa, bu, o deməkdir ki, onlardan ən azı bir addım öndəyəm”.

Xatırladaq ki, Mədinə Məlik illərdir “Kristal” qrupu ilə çalışır.

Bununla bağlı süjetə fevralın 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

198 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17