Emin övladları ilə istirahətdə - foto
Müğənninin açıq sinəsi tənqid olundu
Tanınmış müğənnilər “Nəfəs”ə qatılacaqlar
Zöhrə Abdullayevanin oğlu dünyasını dəyişib

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Dilarə Kazımova mətbuat konfransı keçirdi: “Həyatımda biri məni sevməlidir”  

02-02-2018


Azərbaycanın “Eurovision 2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova media əhlini başına toplayaraq mətbuat konfransı təşkil edib.

Muztv.az xəbər verir ki, cazibədar müğənni  həmkarı Murad Ariflə oxuduğu “Yalnız səni gözlədim” adlı duetdən söz açıb.

D.Kazımova yeni ifa üçün Murad Ariflə kamera qarşısına keçərək klip çəkdirdiklərini söyləyiblər:

“Dörd-beş günə klip təqdim olunacaq. Mahnını Murad Arif özü yazmışdı, çox xoşuma gəldi. Çəkilişlər Bakıda reallaşdı”.

 “Dəm olmuşam” mahnısı ilə yenidən gündəmə gələn Dilarə bu bəstənin də tamaşaçılar tərəfindən seviləcəyinə ümid edir.  Müğənni “Yalnız səni gözlədim” duetinin sevgililərə mesaj olacağını deyib. 

“Eurovision 2014” təmsilçimiz  yenidən ailə həyatı qurmaq üçün ürəyinin qapılarını hər hansı bir şəxsə açıb-açmadığı barədə də danışıb:

“Mənim həyatımda ən böyük sevgi musiqidir. Əlbəttə ki, mən də həyatda sevmişəm və sevgilim olub. Qadın sevilməlidir. Bəlkə də olacaq. Amma indi deyə bilmərəm ki, sevgini axtarıram, tapmaq istəyirəm… İndi mənə ən vacib olan öz istəklərimi musiqi ilə göstərməkdir. Hər qadın kimi həyatımda biri olmalıdır, məni sevməlidir”.

Xatırladaq ki, Dilarə Kazımova türkiyəli iş adamı Mərt Aslanla evil olub. Cütlük qalmaqallı şəkildə ayrılıblar.  

Bununla bağlı süjetə fevralın 2-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Sevda Məmmədova

162 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 May


















































23 May