Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Gənclərin bayram sevinci MUZ TV Azərbaycan kamerasında - reportaj

01-02-2018


Mədəniyyət və Turizm Naziliyinin təşkiltatçılığı ilə 2- fevral Gənclər Günü münasibətilə Mərdəkan Mədəniyyət Sarayında konsert proqramı təşkil olunub.

Muztv.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 14 gənc diplom və mükafatlarla təltif olunub. Sonra milli rəqs nümunələri göstərilib. Gecədə bir neçə gənc ifaçının iştirakı ilə konsert proqramı reallaşıb.

İfaçı Tafur gənc öz xoş arzularını MUZ TV Azərbaycan vasitəsilə çatdırıb:

“Gəncləri təbrik etmək istəyirəm. Gənclərə bilik, sağlamlıq, uğurlar arzu edirəm. İdman ilə məşğul olsunlar. Gənclər bizim gələcəyimizdir, inşallah fəxrlərimiz olarlar. Onlara bu gözəl gündə ancaq xoş arzular diləyə bilərəm”.

Tədbirdə iştirak edən Çinarə Bəkirova da xoş sözlərini dilə gətirib:

 “Bu gün çox sevdiyim tədbirlərdən biri baş tutur. Gəlmişik, sevə-sevə iştirak edəcəyik. Gənclərimizin üzünü güldürə biliriksə, bu çox xoşdur”.

Bununla bağlı süjetə fevralın 1-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.













225 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17