Əməkdar Artist əməliyyat olunub
Xalq Artisti konsert verəcək
Sevdanın bu fotosu tənqid olundu
Şənbə günü hava isti olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Evlənmək istəyirəm, ailəm-uşağım olsun, atalıq hissini yaşayım” - 41 yaşını qeyd edən Hacı Nuran Hüseynov

31-01-2018


Bu gün teleaparıcı Hacı Nuran Hüseynovun doğum günüdür.

Muztv.az xəbər verir ki, 41 yaşını qeyd edən sevilən aparıcı MUZ TV Azərbaycan kanalının qonağı olub.

Özəl günündə həyəcanlı olduğunu deyən Nuran özünə bu ad günündə ən xoş arzuları diləyib:

“Maşallah arzularım çoxdur. İstərdim sağlamlığım yerində olsun, hamı sağlam olsun. Dostlarım yanımda olsun. MUZ TV Azərbaycan kanalına özəl günümdə yanımda olduğu üçün dərin təşəkkürümü bildirirəm. Arzusuz insan yoxdur. Daim hər kəs üçün dua edirik. Ürəyimizdə olanların həyata keçməsini istəyirik”.

Hacı Nuranın ən böyük arzusu isə bu yaşda nəhayət, subaylığın daşını atmaqdır:

“Evlənmək istəyirəm. İllərdir mənim evlənmək mövzum gündəmdə var. Hər il çək-çevir edirəm, hələki gecikir. İnşallah 2018-ci il düşərli olsun. Arzum budur ki, ailə qurum, övladım olsun, atalıq hissini yaşayım”.

O, özəl həyatında hələlik namizədin olmadığını açıqlayıb:

“Namizədlər var idi… Nəsə alınmadı. Bilirsiniz insan yaşlandıqca daha da həssas olur. Seçim də edə bilmirsən. Bu qismətə bağlı bir şeydir”.  

Sevilən aparıcı təmtəraqlı doğum günü məclislərini o qədər də sevmədiyini, elə bu səbəbdən də qeyd etməyəcəyini söyləyib:

“Mən heç vaxt özümə təmtəraqlı ad günü keçirtməmişəm. Hətta ötən il yubileyim idi. Maraqlıdır, həmin günlərdə hansısa verilişdə canlı yayımda olmuşam. Düzdür, yaxın insanlarım hər kəs məni axtarır, təbrik edir. Amma özüm xoşlamıram, zəng edim deyim ki, bəs bu gün mənim ad günümdür gəlin də həmin məclisə. Bəyənmirəm ”.

Nuran səhhətinin qaydasında olduğunu vurğulayıb:

“Müalicələrim davamlı olaraq gedir. Buna görə mütəmadi olaraq Almaniyaya gedib-gəlirəm. Nə qədər yaxşı olsam da, daim həkim nəzarətindəyəm. Professorum deyir ki, 2 aydan bir müayinədə olmalısan. Şükür Allaha”.

Biz də MUZ TV Azərbaycan kanalının adından Hacı Nuranı təbrik edir, ona ən xoş diləklərimizi çatdırırıq.

Xatırladaq ki, Hacı Nuran Hüseynov “Həyat” adlı xeyriyyə verilişinin aparıcısıdır.

Bununla bağlı süjetə yanvarın 31-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva
 



302 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyun


































21 İyun