Əməkdar Artist əməliyyat olunub
Xalq Artisti konsert verəcək
Sevdanın bu fotosu tənqid olundu
Şənbə günü hava isti olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Vaxtında hamıdan çox konsert verən mən olmuşam” - Maestro Ceyhunun fəxarəti 

31-01-2018


Uzun müddətdir səsi-sədası gəlməyən Əməkdar Artist Maestro Ceyhun MUZ TV Azərbaycan kanalına yeni işləri barədə danışıb.

Muztv.az xəbər verir ki, daha çox ölkə xaricində olduğu üçün efirdən uzaq düşdüyünü deyən skripkaçı sənətindəki yeniliklərdən söhbət açıb:

“Xaricdə olmağımın başlıca səbəbi konsertlər və toylardır. Sənət fəaliyyətimə davam edirəm. Xarici ifaçılar ilə bir neçə iş ərsəyə gətirmişəm. Türkiyədən müğənni dostum üçün iki mahnı yazmışam. Hazırda onların aranjiman işləri gedir. İsraildən olan daha bir müğənni var ki,  onun mahnısını aranjiman edirəm. Belə deyim, musiqi dünyam davam edir”.

Skripka ifaçısı ərsəyə gətirdiyi yeni mahılardan da bəhs edib:

“Dekabrda “Şəmkirim” mahnısını təqdim etdim. Söz və musiqisi mənə aiddir. Türkiyəli müğənni Adil Karaca səsləndirib. Bir həftədir ki, daha bir yeni mahnım ərsəyə gəlib. Yəhudi yazar Rüşvəh İbrahimin  “Sımal Tubu”(“Təbrik edirəm”) sözlərinə olan mahnı artıq hazırdır. Onu da Adil Karaca ifa edəcək. Öz kompozisiyalarım üzərində də işləyirəm.

Ceyhun artıq klip çəkdirmədiyini və Azərbaycanda konsert verməyi düşünmədiyini dilə gətirib:

“Konsertlərim xarici ölkələrdə olur. Orada baş tutan konsertlərdə maddi ziyana getmirəm. Burada konsert verənlər xərcə düşürlər. Xaricdə rahatdır, formasını bilirlər, qonorarları ödəyirlər. Yüksək səviyyədə ifa edirik. Azərbaycanda konsert verməyi isə planlaşdırmıram, çünki vaxtında Heydər Əliyev Sarayında hamıdan çox konsert verən mən olmuşam. İndi daha çox xaricdə konsert verməyi üstün tuturam”.

Bununla bağlı süjetə yanvarın 31-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Əhəd Miriyev

97 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyun


































21 İyun