Samir Piriyev imicini dəyişib - foto
Dünya üzrə ən çox Anar Ağakişiyev axtarıldı
Gülüstan Əliyeva arxiv fotosunu paylaşıb
Cavanşir Məmmədova ağır itki

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

İlin ən yaxşıları seçildi – “Zəfər 2017”nin təqdimatından reportaj - foto

29-01-2018


Gənclər və İdman Nazirliyinin və “Sportsmen” jurnalının təşkilati dəstəyi ilə “Zəfər 2017” beynəlxalq idman mükafatının Bakıda təqdimat mərasimi keçirilib.

Muztv.az xəbər verir ki, musiqi nömrələri ilə müşaiyət olunan tədbirdə idman və musiqi ictimaiyyətinin tanınan simaları iştirak ediblər.

MUZ TV Azərbaycan kanalına danışan  Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov tədbirin əhəmiyyətindən danışıb:

“Gözəl bir tədbirdir. Hər kəs bilir ki, “Zəfər” günləri bizdə ənənə halını alıb. İl ərzində nəticə qazanan idmançılarımız, idman mütəxəssislərimiz hamısı bu tədbirdə iştirak edir. Onlar müxtəlif nominasiyalar üzrə təltif olunurlar. Bütün bunlar bizim uğurlarımızın nəticəsidir. Mükafat alanları təbrik edirəm, arzu edirəm ki,onların uğurları davamlı olsun”.

“Sportsmen” jurnalının baş redaktoru Rəşad Qəməşoğlu çıxış edərək 2017-ci ilin idmançılarımız üçün kifayət qədər uğurlu olduğunu qeyd edib.

Daha sonra son illərdə Azərbaycan idmanının inkişafına dair videorolik də nümayiş olunub.

Bundan əlavə müxtəlif nominasiyalar üzrə təltiflər olub:

İlin komandası- Qarabağ

İlin məşqçisi- Rəşad Əhmədov

İlin Federasiyası-Cüdo Federasiyası

Qaliblərə sponsorlardan hədiyyələr də təqdim olunub.

Əməkdar Artist Ədalət Şükürov və müğənni Roza Zərgərli də ürək sözlərini çatdıraraq musiqi töhvələrini ərmağan ediblər.

Xatırladaq ki, “Zəfər” tədbiri hər il qeyd olunur.

Bununla bağlı süjetə yanvarın 29-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva















76 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Fevral












































18 Fevral