Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Səidə Sultanın videosu qalmaqal yaratdı
Aktrisa 89 yaşında bikinidə - foto
Məşhur ulduz geyimi ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Murad Arif yerli filmləri bəyənmədi- bəstəkar-müğənnidən gündəmi alt-üst edəcək açıqlama

30-01-2018


Bəstəkar-müğənni Murad Arif MUZ TV Azərbaycan kanalına filmlərə sauntreklər yazmaq barədə maraqlı və gündəmi alt-üst edəcək açıqlama verib.

Muztv.az xəbər verir ki, o, Azərbaycanın “Eurovision” təmsilçisi Dilarə Kazımova ilə birgə duet oxuduğu “Yalnız səni gözlədim” mahnısının yeni çəkilən film üçün səslənməsi təklifinə “yox” deyib:

“Filmlərə sauntreklər üçün təkliflər gəlir. Bu yaxınlarda bir film təqdim olundu, Dilarə Kazımova ilə oxuduğumuz “Yalnız səni gözlədim” duetini sözügedən filmə sauntrek istədilər. Filmin treylerinə baxdım, başa düşmədim. Dilarə dedi ki, birdən film pis olar, mahnı heyfdir. Klipi özümüz çəkək, mən də razılaşdım. Ağıllı qızdır, sağ olsun”.

Bəstəkarın bu açıqlaması yerli film sektorunda tozu-dumana qatacaq. O, yerli filmləri bəyənmədiyini açıqlayıb:  

“Azərbaycanda yeni filmləri çəkən rejissorlar məni bağışlasınlar. Son illərdə çəkilən filmlərə çox böyük ehtiyatla hətta, kadr heyətinə, ssneristinə, keyfiyyətinə şübhə ilə yanaşıram. Ona görə kinodan 5 addım uzağam. Hamı bir nəfər kimi gülüş profilini tutur, komediya çəkir, mən də bəyənmirəm”.  

Özünü aktyor kimi görməyən Murad Arif yalnız rejissorluq səviyyəsinin qalxacağı vaxtda ona gələn təkliflərə “hə” deyəcəyini etiraf edib:

“Mən filmlərə çəkilmək, musiqi yazmaq təklifini də almışam. Hələlik istəmirəm. Nə zamansa görsəm ki, bəlli rejissorların dəsti-xətti formalaşıb, onlar həqiqətən də əməkdaşlığa layiqdirlər, o zaman filmlər üçün mahnı bəstələyəcəm. Bu durumda isə razı deyiləm, gördüyüm görüntü ilə musiqilərimi üst-üstə gətirə bilmirəm. Bu, bir tənqid deyil. Ola bilər ki, onların filmlərinin səviyyəsi mənim musiqilərimdən üstündür. Hər ehtimala hazıram. Bir sözlə, bu komediya filmlərində Murad Arif musiqisini eşitmək istəmirəm. Aktyor kimi heç vaxt rol almayacam, mümkünsüzdür”.

Xatırladaq ki, Murad Ariflə Dilarə Kazımovanın “Yalnız səni gözlədim” dueti bu yaxınlarda təqdim olunub.

Bununla bağlı süjetə yanvarın 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva

386 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21












20