Samir Piriyev imicini dəyişib - foto
Dünya üzrə ən çox Anar Ağakişiyev axtarıldı
Gülüstan Əliyeva arxiv fotosunu paylaşıb
Cavanşir Məmmədova ağır itki

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Elnur iddialı danışdı: “Bəziləri gündəmdə olsun deyə hər yerə gedib çəkilirlər” - eksklüziv

29-01-2018


Müğənni Elnur Məmmədov MUZ TV Azərbaycan kanalına Azərbaycan istehsalı olan filmdə çəkilmək arzusunun olduğunu, daha sonra istəyindən vaz keçdiyini bildirib.

Muztv.az xəbər verir ki, istedadlı sənətçi aktyorluq sənətinin çətinliyindən söz açıb:

“Filmdə çəkilmək istəyim olub, amma sonra çəkinmişəm. Yekə-yekə danışmaq kimi çıxmasın, aktyorluq çox böyük məsuliyyətdir”.

Məşhurlaşmaq naminə hər yola əl atan sənətçiləri qınayan müğənni, gündəmdə olmağa cəhd edənlərdən söz açıb. Elnur bu sahədə təhsil almağın önəmli olmasından danışıb:

“İndi bəziləri gündəmdə olsun deyə hər yerə gedib çəkilirlər. Aktyor olmaq fikrində olursansa, mütləq şəkildə dərslər almaq lazımdır. Bacarıram, edim. Xeyr, bu, belə deyil”.

Bununla bağlı süjetə yanvarın 29-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Fevral












































18 Fevral