Əməkdar artist həmkarlarını albom hazırlamağa səslədi
Cennifer Lopesin anasını yumruqla vurdular - foto
Adriana Lima və Metin Hara ayrılmadılar
Nəsrin Cavadzadənin geyimi diqqət çəkdi - foto 

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Elvin Abdullayev lazım gəldikdə göz yaşı da tökür - məharət

15-01-2018


Müğənni Elvin Abdullayev MUZ TV Azərbaycan kanalına maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, ifaçı xeyli film təklifləri aldığını ancaq qəbul etmədiyini deyib:

“Müğənniyə film təkliflərinin gəlməsi normaldır. Mənə də dəfələrlə təkliflər gəlib. Real həyatda çox zarafatcılam, amma efirdə tamam başqayam. Komediya janrında film təklifi gəlmişdi, ancaq özümü obraza uyğun görə bilmədim. Ciddi rol olsa, daha yaxşı olar”.

İfaçı daha öncə müsahibəsi zamanı “Obrazı elə yaradaram ki, peşəkar aktyoru keçər” sözlərinin üzərində durduğunu söyləyib:

“İnan ki, bunu edə bilərəm. Dediyim kimi, çox zarafatçıl insanam. Dostlarımızla hansısa ölkəyə getdikdə, istirahət zamanı orada səhnəciklər hazırlayıram. Dostlarıma deyirəm sən bu obrazı, mən bu obrazı canlandıracağam. Oynayırıq bir saata yaxın, hamı deyir səndə daha yaxşı alınır. Kamera yoxdu, ancaq lazım gəlir göz yaşı da tökürəm. İçimdən gələn bir şeydi, elə bir təklif gəlsə öhtəsindən gələ bilərəm”.

Bununla bağlı süjetə yanvarın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

254 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti