Əməkdar Artist əməliyyat olunub
Xalq Artisti konsert verəcək
Sevdanın bu fotosu tənqid olundu
Şənbə günü hava isti olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Rahidə Baxışova: “Bir xanım kimi yaxşı avtomobil idarə edirəm”- özünə güvən

12-01-2018


Müğənni Rahidə Baxışova MUZ TV Azərbaycan kanalına bir çox maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, o, avtomobil idarə etmək bacarığından danışıb:

“Avtomobilim “İnfiniti”dir. Sevdiyim markadır. Məncə mən normal avtomobil idarə edirəm. Bunu sənət dostlarım da təsdiqləyə bilər. Bu yaxınlarda sənət yoldaşım Səlimlə birgə rayonlardan birinə dövlət tədbirinə yollanmışdıq. Gedəndə də, qayıdanda da sükan arxasında özüm idim. Mən çox yaxşı maşın sürürəm, göz dəyməsin (gülür).  Allah bütün avtomobil idarə edənləri qorusun”.

Bundan əlavə, sənətçi ona yaraşan imicindən də söz açıb:

“Saç rəngimi dəfələrlə dəyişmişəm. Müxtəlif tonlardan istifadə etmişəm. Bu yaxınlarda gördüm ki, dəyişiklik etmək lazımdır. Yenidən qaraya yaxın tona üz tutdum. Dəyişiklikdən sonra gördüm ki, çox yaraşır, hamı bəyənir, heç dəyişmək fikrim də yoxdur. Bir də görürsən deyirlər, ay Rahidə bəlkə dəyişəsən? Özüm sevdiyim üçün belə də qalacaq”.

Xatırladaq ki, Rahidə Baxışova ən son “Deməsinlər” adlı klipini təqdim edib.

Bununla bağlı süjetə yanvarın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

268 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyun


































21 İyun