Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Teymur Məmmədov arzusunu gizlətmədi: "Fəxri ad istəyirəm"

12-01-2018


"Qız atası” serialının baş rol ifaçısı Teymur Məmmədov MUZ TV Azəbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, T. Məmmədov hazırda Şuşa Dövlət Musiqili Dram teatrında fəaliyyət göstərdiyini söyləyib:

“Savalan teatrında yerləşdirilmişdik. Hazırda təmirdədir. Ümid edirik ki, Şuşaya geri qayıdana kimi, orada fəaliyyət göstərəcəyik. Bu il milli teatrımızın da 145 taşı tamam olacaq”.

Aktyor 2018-ci ildən gözləntilərinin çox olduğunu dilə gətirib:

“Fəxri adlar, mükafatlar, yeni tamaşalar, binamızın tezliklə təmir olunması - bu ildən gözləntilərim bunlardır”.

Aktyor canlandırdığı obrazlara fərq qoymadığını, hər birini sevə-sevə oynadığını söyləyib:

“Əməkdar Artist Loğman Kərimov bizim baş rejissorumuzdur. Bəzən elə rollar verir ki, düşünürük öhdəsindən gələ bilməyəcəyik. Canla-başla məşqlərdə iştirak edirik. Əziyyət çəkirik, qışda soyuq, yayda isti, amma tamaşaçıya yaxşı iş təqdim edirik. Obrazlara fərq qoyumuram, böyül işlər də görməmişik”.

Bununla bağlı süjetə yanvarın 12-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

147 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17