Lindsi Lohanı çimərlikdə gördülər - foto
Nura Suri kimdən və nədən şikayətlənib?
Əməkdar Artist bacısı ilə şəklini paylaşdı
Elton bəzi həmkarlarını tənqid atəşinə tutdu

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Toy olmasa, başqa heç yerdən qazanc yoxdur” - müğənni Ayaz Qasımovun gileyi

13-01-2018


Yeni il çəkilişləri səbəbi ilə yorğun olduğunu və istirahətə zaman ayıracagını söyləyən mügənni Ayaz Qasımov MUZ TV Azərbaycan kanalına maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, ifaçı yaxın zamanda ötən ildən qalan iki yeni mahnısını təqdim edəcəyini açıqlayıb. O, 16 ildir toy məclislərində iştirak etdiyini, ancaq indiki kimi toyun piyarının yüksək olduğunu görmədiyini dilə gətirib.

Ayaz Qasımov konsert proqramı ilə çıxış etmək düşüncəsini belə ifadə edib:

"Bəstəkar Vüqar Camalzadə təklif etdi ki, konsert verək. Vüqar müəllimin mahnılarını ifa etmişəm, birlikdə Avropa ölkələrində, Amerikada, Rusiyada konsert  vermişik. Bir neçə dövlət tədbirlərində iştirak etmişik. Birgə işimiz uğurlu alınır. Təklifə razılıq verdim, amma dedim ki, vaxt yoxdur (gülür ). Yanvarda ikimizin də işləri çoxdur. Qərara gəldik ki, fevralda görüşüb yenidən bu barədə danışaq. Repertuar qurmaq istəyirik, konsert barədə ətraflı düşünmək lazımdı ki, uduzmayaq".
 
 Ayaz Qasımov toy mərasimləri olmasa müğənnilərin pul qazanmaq şansının azalacağını açıqlayıb:


“Kaset satışı yoxdur, konsertlərdən aldığın məbləğ ilə heçnə edə bilməzsən. Konsertlərin 50 faizi təmannasızdır. Elə tədbirlər olur ki, müəyyən məbləğ təklif olunur, o da çox olmur. Toy olmasa, başqa heç bir yerdən qazanc olmaz. Mən şəxsən özümdən danışıram, heç bir ifaçının diskini almıram. Sosial şəbəkələrdən dinləyirəm”.
 
 Müğənni iki dəfə film təklifi aldığını ancaq qəbul etmədiyini dilə gətirib:

“Ssenari mənə uyğun olmadığı üçün qəbul etməmişəm. Qonorarlar məsələsi ikinci plandadır. Ciddi obrazları canlandırmaq istəyərəm. İllərdir səhnədəyəm, adımızı qorumağa çalışırıq. Hər verilişdən dəvət alırıq, ancaq hamısına getmirik. Bunlar çox önəmli məsələlərdir”.

Bununla bağlı süjetə yanvarın 13-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Əhəd Miriyev

210 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyun


19 İyun