Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Bakıda “Yoxdur belə söhbət” filminin təqdimatından reportaj-foto

11-01-2018


Mədəniyyət və Turizm Naziliyinin sifarişi ilə hazırlanan və romantik-komediya janrında çəkilən “Yoxdur belə söhbət” filminin Bakıda tanıtım gecəsi keçirilib.

Muztv.az xəbər verir ki, iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edən filmin qalası zamanı “Dədə Baba” rok qrupu fərqli ifalarını səsləndirib.

Filmdə nənə obrazını canlandıran Tünzalə Qəhrəman aktrisalıq etməyin böyük arzusu olduğunu söyləyib:

“Rejissoru (Rüfət Həsənov-red) çoxdan tanıyırdım. Bir neçə dəfə demişəm ki, məni filmə çək, aktrisalıq ən böyük arzum idi. Filmdə nənə obrazını canlandırmışam. İzləyin, yəqin ki, sevəcəksiniz”.

Ekran əsərində “Eşqini aşağı sal” mahnısını səsləndirən Azərbaycanı 2017-ci ildə "Evrovisiya" Mahnı Müsabiqəsində təmsil edən Diana Hacıyeva MUZ TV Azərbaycan kanalına film barədə təəsüratlarını bölüşüb:

“Rüfət Həsənovu və çəkiliş heyətini təbrik edirəm. “Dihaj” qrupu olaraq biz də film üçün mahnı səsləndirmişik. Azərbaycan dilində fərqli musiqilər səsləndirildi. Ekran əsərinin musiqində biz də öz töhvəmizi verdik. Mən çox şadam ki, bu layihədə biz də  iştirak etdik. Film isə əla alınıb. İnanıram ki, hər kəs tərəfindən bəyəniləcək”.

Filmdə epizodik rol alan Teymur Məmmədov da filmdəki obrazı barədə danışıb:

“Məsləhət verməkdən asan iş yoxdur. Bu adam da gənclərə nəsihətlər verir. Gənclərə tütündən istifadəni irad tutur. Yeni nəsil onun sözlərinə qulaq asırdı”.

Filmdə gənc rokçu Məcnun obrazını canlandıran Emil maraqlı açıqlama verib:

“Film maraqlı hadisələrlə doludur. Filmdə Kamran obrazına əsəbiləşməli idim. Əhvalım çox yaxşı idi, bacarmırdım. Həmin an rejissor gəldi sillə vurdu və kadr alındı”.

Ekran əsərində Kamran obrazını canlandıran aktyor Həsən Ağa filmdə ən yadda qalan səhnəsi barədə danışıb:

“Boulinq səhnəsi var idi. “Böyük Lebovski” filmindən bir hissəni təkrarlamışıq. Ən yadda qalan səhnə bu idi”.

Bununla bağlı süjetə yanvarın 11-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Günel Əliyeva











237 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17