Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Emiliya Yaqubova onun bostanına "daş atanlara" cavab verməməyə çalışır - özəl yanaşma 

11-01-2018


Qalmaqallardan qaçan “Səs Azərbaycan”nın qalibi Emiliya Yaqubova onun bostanına "daş atanlara" cavab verməməyə çalışdığını bildirib.

Muztv.az xəbər verir ki, ifaçı MUZ TV Azərbaycan kanalına verdiyi açıqlamada daxili təbiətinin sakit olmasına baxmayaraq, xasiyyətinin bürcü ilə üst-üstə düşmədiyini açıqlayıb:

“Mən əkizlər bürcüyəm. Həmişə mənə deyirlər ki, yəqin sənin əhvalın tez-tez dəyişir. Amma məni tanıyan insanlar deyirlər ki, sanki əkizlər bürcündən deyilsən.Hər bir insanın əhvalı 5, 10 dəqiqədən sonra dəyişə bilər. Bu, yaxşı və pis xəbər eşitməklə əlaqəlidir”.

Şou əhlinin sosial şəbəkələrdə tez-tez tənqid və təhqirlərə qarşılaşsalar da, Emiliya bu cür hallarla üzləşmədiyini bildirib:

“Mənim İnstaqram səhifəmdə belə halla rastlaşmamışam. Amma başqa səhifələrdə görmüşəm. İnsanlar məndə hansısa mənfi cəhətləri görürsə, üzərimdə  dəyişiklik etməyə çalışıram. Amma çox da fikir vermək lazım deyil. Sənətdə varıqsa, belə söhbətlər hər zaman olacaq.”

Bununla bağlı süjetə yanvarın 11-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 

284 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17