Fatimə Fətəliyeva qısqananları qınadı
Aktyor sərt ismarış göndərdi
Səbinə “Dəli hisslər” ifa edəcək – foto
Türk mediası azərbaycanlı müğənnidən yazdı - video

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Nüşabə Ələsgərli televiziyaları kliplərə yer ayırmamaqda günahlandırdı - məxsusi irad  

10-01-2018


Əməkdar Artist Nüşabə Ələsgərli MUZ TV Azəbaycan kanalına yeni işləri barədə açıqlama verib.

Muztv.az xəbər verir ki, ifaçı Yeni ili şəhər restoranlarının birində səhnədə qarşıladığını deyib:

"Ailəmlə birgə getmişdim. Türkiyədən Zerrin Özer, Tuğba Yurt və başqa ifaçılar gəlmişdi. Bizim sənətçilərdən isə Rəhim Rəhimli, Rüfət Axundov və mən orada idim".

Səhnə fəaliyyətinə 1994-cü ildən başlayan müğənni Ruslan Səfəroğluya məxsus "Darıxdım" və "Qurban deyərəm" adlı iki yeni mahnı ərsəyə gətirdiyini açıqlayıb. Sənətçi daha iki yeni ifa da təqdim edəcəyini söyləyib:

"Ötən il dekabrda iki yeni ifa hazır oldu. Əslində, dörd mahnı təqdim etməli idim, səsləndirməyə vaxt olmadı. Yanvarın sonlarında istirahətə çıxacağam. O zaman onları da hazır edəcəyəm. Fevral ayının sonunda izləyicilərin ixtiyarında olacaq."

N.Ələsgərli müğənnilərin klip çəkdirməməyinin günahını televiziyalarda görür:

"Televiziyalarda klip saatları yoxdur. Bir çox verilişlər yayımlanır, deməli, klipə də yer ayırmaq olardı. Bir-iki televiziya ilə iş həll olunmur. Hər biri belə fəaliyyət göstərsə, bizdə də maraq oyanar. Zəhmət çəkirsən, pul xərcləyirsən yayımlamağa yer yoxdu. Həvəsdən düşürük. Amma klip çəkdirmək yaxşıdır, yeni mahnıları kliplə təqdim etdikdə nəticəsi də uğurlu olur, həm də həmin illərdən xatirə qalır".

Sonuncu dəfə 2012-ci ildə albom təqdim edən ifaçı yeni albom üzərində çalışdığını bildirib:

"İki il öncəyə kimi albomluq mahnılarım tam hazır deyildi. Daha sonra isə anamı, bacımı itirdim, heç oxumaq istəmirdim. Düşündüm ki, sadəcə pedeqoji fəaliyyət göstərim. Albom düşüncəsini də kənara qoymuşdum. İndi bir albomluq mahnılarım artıq hazırdır. Sadəcə  fotosessiya çəkib təqdim etmək qalıb."

Bununla bağlı süjetə yanvarın 10-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Əhəd Miriyev
Günel Əliyeva

26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar






19 Yanvar