Səbinə “Dəli hisslər” ifa edəcək – foto
Türk mediası azərbaycanlı müğənnidən yazdı - video
“Qadın kimi görünməkdən qorxmamalıyıq” - Nəsrin Cavadzadə 
Brilliant Dadaşovanın oğlundan təəccüblü hərəkət - video

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Repdən pul qazanmaq mümkündür" - Elşad Xose solo konsert verəcək

10-01-2018


Repçi Elşad Xose sənət fəaliyyətindəki yeniliklər barədə MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, yaradıcılığında durğunluq yaranan ifaçı hazırda yeni mahnı üzərində işlədiyini, yaxın zamanda klip də təqdim edəcəyini vurğulayıb:

“Yavaş-yavaş işlərdə canlanma gedir. Yeni mahnı üzərində çalışıram. Solo ifa olacaq. Klip də düşünürəm, indi elə zəmanədir ki onsuz maraqsız olur”.

Sonuncu dəfə keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə “Mələyin öpüşü” filmində rol alan repçi yeni film təklifləri barədə də danışıb:

“İki-üç filmə təklif almışam. Ancaq ki, məvacib qane etmədiyi üçün qəbul etməmişəm.”

İllər əvvəl “Dəyirman” qrupunda bir neçə iş ərsəyə gətirən Elşad Xose əgər maraqlı təklif olarsa yenidən bir araya gələ biləcəklərini deyib.

Elşad Xose sənət fəaliyyətinin 20 illiyi münasibətilə Heydər Əliyev Sarayında solo konsert verməyi düşündüyünü də vurğulayıb:

“Martdan sonra yəqin ki, konsert baş tutacaq. İndiyədək olan ən yaxşı işlərimi sərgiləyəcəyəm”.

Müğənni Azərbaycanda istədikdə repdən pul qazanmağın mümkün olduğunu söyləyib:

“Konsertlərlə, tədbirlərlə sözsüz ki pul qazanmaq olar. Təbii ki, toy bazarına çatmayacaq”.

Xose yazdığı bəstələrin satışı ilə də məşğul olduğunu dilə gətirib:

“Mahnılarımın qiyməti fərqlidir. Baxır kim alır, mövzu nədir, sözün səviyyəsi necədir, ona görə qiymət də dəyişir”.

Əhəd Miriyev

26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Yanvar














































18 Yanvar