Aktrisa-modelin sinəsi açıq qaldı - foto
"Colette" filminin qala gecəsi oldu - foto 
Onlar eyni libas geyindilər - foto
Nura Suri klipi ilə bağlı tənqidlərə cavab verdi - video

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Gələcək həyat yoldaşımı özüm seçəcəyəm” - Talıb Taledən eksklüziv mövqe - foto

11-01-2018


Müğənni Talıb Tale MUZ TV Azərbaycan kanalına şəxsi həyatı və sənəti ilə bağlı bir sıra maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, o, qalibi oluduğu “Maşın şou 15”dən sonra efirə daha çox çağırılmasını və ona qarşı olan diqqətin artığını etiraf edib:

“Maşın”dan əvvəl də telekanallara dəvətlər var idi. Çox vaxt xaricdə olurdum deyə dəvətləri qəbul edə bilmirdim. Sadəcə, şoudan sonra gündəmə gəldim, tanımayanlar yaradıcılığım ilə ətraflı tanış oldular. Elə insanlar var deyirdilər ki, adını eşitmişdik, amma mahnılarından məlumatsız idik. “Youtube” kanalımda izləmə sayı 2 ay ərzində 120 milyondan 155 milyona çatıb. Bu onu göstərir ki, mənə olan maraq artdı. Şouda olan iştirakçılarla çox gözəl münasibətim var. Belə bir planım da var ki, bütün iştirakçılar üçün qonaqlıq təşkil edim. Amma heç cür vaxtı uyğunlaşdıra bilmirik, inşallah, yaxın günlərdə bunu reallaşdıracağıq”.

İfaçı həyat yoldaşı kimi seçəcəyi xanımın bəzi meyarlarını da dilə gətirib:

“Düzdür, daim işləyirəm, amma hələ də istədiyim pilləyə çatmamışam. Bu məşhurluqdan arxayın düşmək istəmirəm, əksinə, daha da irəli getmək istəyirəm. Əsas məsələ odur ki, ürəyimə yatan xanım yoxdur. O xanım hələlik qarşıma çıxmır. Seçəcəyim qız ürəyimi ələ ala bilməlidir. Arzuladığım xanıma rast gələ bilmirəm. Bu kapriz məsələsi deyil, izah etmək bir az çətindir. O demək deyil ki, mənə laqeyd olsun, maraqlanmasın. Mən insanlarla çox çətin anlaşan biriyəm. Xanımın xarici görünüşünün fərqi yoxdur. Gözəl ola bilər, lakin davranışı yerində olmalıdır. Sinəmə döyüb demirəm ki, seçəcəyim xanım həmkarım və ya bu sənətdən ola bilməz. Xeyr, onu zaman göstərəcək”.

O, bu seçimdə valideynlərinin fikrinə üstünlük verməyəcəyini açıqlayıb:

“Şəxsi həyatımı valideynlərimlə məsləhətləşməyəcəm. Onlar sadəcə məsləhət görə bilərlər, amma seçim mənim olacaq. Xarakterimi yaxşı bilirlər ki, qərarı özüm verməliyəm”.

Daim sənətində irəliləyişlər edən Talıb Tale qarşıda olan bəzi sənət yeniliklərindən də danışıb:

“Yeni kliplərim işıq üzü görəcək. Onlar bugünə kimi olan digər mahnılarımdan fərqlənəcək. Bir az şux mahnıdır. Müasir dövr virtual həyatdan bəhs edən “Selfie” mahnısı, ardınca 3 klipim gözlənilir. Mütəmadi olaraq çalışırıq”.   

Xatırladaq ki, Talıb Tale “Maşın şou 15”in qalibidir.

Bununla bağlı süjetə yanvarın 11-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva





1091 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti