Samir Cavadzadə erotik filmdə rol almaq istəyir - özəl

“Eurovision” mahnı müsabiqəsində Azərbaycanı 2008-ci ildə təmsil etmiş müğənni Samir Cavadzadə ifası zamanı səhnədə “Şeytan” obrazı canlandırmışdı.
Muztv.az xəbər verir ki, istedadlı ifaçı MUZ TV Azərbaycan kanalına açıqlamasında Azərbaycan istehsalı olan filmlərin birində rol almaq istədiyini bildirib.
O, canlandırmaq istədiyi obrazdan ürəkdolusu söz açıb:
“Həmişə hamı məni yaxşı insan kimi tanıyıb. Amma çox istəyərdim ki, ciddi yox, əclaf rolunu canlandırım”.
Samir Cavadzadə erotik səhnələri ilə tanınan məşhur “Bozun 50 çaları” filminin Azərbaycan versiyasında çəkilməyə razılıq verməyə hazır olduğunu etiraf edib. Müğənni açıq-saçıq səhnələri hansı xanım həmkarı ilə bölüşmək istədiyini isə belə izah edib:
“Manyak rolunu canlandırmağı bacarardım. O qədər cazibədar xanımlarımız var ki...Ad çəkmək istəmirəm. Birinin adını çəksəm, digəri inciyə bilər”.
Aktyorluq bacarığına güvənən S.Cavadzadə tələb etdiyi qonorarın həcmi barədə də danışıb.
Bununla bağlı süjetə yanvarın 9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Sevda Məmmədova
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
