Aktrisa sevgilisi ilə nişanlandı - foto
Aktyor 74 yaşında vəfat etdi
Müğənnilər həmkarlarını tənqid etdilər
Aktrisa 2 milyon lirədən imtina etdi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

İlqar Xəyal bu il hansı ifaçının mahnısını bəyənib? - müğənnidən məxsusi açıqlama

18-12-2017


Müğənni İlqar Xəyal Muz TV Azərbaycan kanalına verdiyi maraqlı açıqlamaları ilə diqqət çəkib.

Muztv.az xəbər verir ki, müğənni 2017-ci ildə daha çox hansı ifaçının klipini bəyəndiyini açıqlayıb:

“Bir neçə ay bundan öncə bir klip izlədim. Gənc ifaçı var “Gedək üzü küləyə” ifa edib. Çox gözəl ifa idi. Elə ifa edir ki, çox şirin alınır. Bir neçə dəfə izlədim. Xanımı tanımıram, həyatda da görməmişəm. Ancaq özünü sevdirməyi bacardı. Uğurlar arzu edirəm”.

İfaçı daha çox dünya estradasını dinlədiyini və muğama böyük sevgisi olduğunu dilə gətirib:

“Tar musiqisi üzrə təhsil almışam. Muğam artıq bizim qanımızda, canımızdadır. Baxmayaraq ki, estarada ifaçısıyam. Ancaq milli dəyərimiz olan muğama böyük sevgim var. Çalışıram ki, xalq mahnısı, estrada mahnısı sintez edərək ifa edim”.

Bununla bağlı süjetə dekabrın 18-də saat 19:00-da MUZ TV Azərbaycan kanalının efirində yayımlanan “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

434 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar












































17 Yanvar