Keti Praysın ayaqları sındı - foto
Elçin efirə çıxmamasının səbəbini açıqladı
Vleriyanın biznesi müflis olmayıb
İrem dənizə şortiklə girdi - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mutluluk zamanı”nın aktyorları Bakını Avropanın gözəl şəhərlərinə bənzətdilər - xüsusi reportaj

14-12-2017


Bakıya gələn Türkiyənin sevilən aktyorları Barış Arduç, Cengiz Bozkurt və aktrisa Elçin Sanqu üçün paytaxtımızda sevgi ilə qarşılanıblar.

Muztv.az xəbər verir ki, “Mutluluk zamanı” filminin möhtəşəm qala gecəsində iştirak edən aktyorlar sevənlərinin coşqusu və izdihamı ilə üzləşiblər.

Aktyorlar filmdən öncə səhnəyə çıxaraq sevənlərini salamlayıblar. Bakıya ilk dəfə gəldiklərini söyləyən məşhurlar buranı çox sevdiyini dilə gətiriblər.

Ənənəvi olaraq jurnalistlərin qarşısına çıxan aktyorlar mətbuat konfransı zamanı Bakı haqqında təəsüratlarını bölüşüblər.

Elçin Sanqu bambaşqa bir şəhər ilə qarşılaşdığını deyib:

“Şəhəriniz o qədər gözəldir ki, heç bir Avropa ölkəsindən fərqlənmir. Mədəniyyətlərimiz də bir-birinə yaxındır, ancaq sizdə daha moderndir. Bakını belə xəyal etməmişdim”.

Barış Arduç gəldikləri ilk andan etibarən şəhərin gözəlliklərindən danışdıqlarını dilə gətirib:

“Hər bölgəsi başqa bir Avropa şəhərinə bənzəyir. Ən gözəl şəhərləri sanki burada toplayıblar. İçərişəhərdə yeməklər yedik, ancaq adlarını bilmirəm, ləzzətli idi”.

Aktyorlar çəkiliş zamanı əyləncəli zaman keçirdiklərindən də danışıb:

“Elçinlə əvvəllər eyni layihədə olmuşuq. Bu bizim işimizi asanlaşdırdı. 5 həftə birlikdə əyləncəli vaxt keçirdik. Cengiz Bozkurtun filmdə olması bizim üçün böyük şansdır. Serialın və filmin rejissoru Şenol Sönməzdir. Filmi izləyənlər görəcəklər ki, fərqli işdir. Biz çox əyləndik”.

Arduç qalaya gələn pərəstişkarları ilə şəkil çəkdirməməsi səbəbindən jurnalistlərdən birinin “Bir az sadə ola bilərsinizmi” sözlərinə belə cavab verib:
 
“Özümdən razı biri kimi gəldimsə, bağışlayın”.
 
Barış qalaya sevgilisi Güpse Özaysız gəlməsinin səbəbini də açıqlayıb:

“İş həyatı ilə, şəxsi həyatımı qarışdırmıram”.

Bununla bağlı süjetə dekabrın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz

Sevda Məmmədova















764 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8
















7